reklam
Regionxeberlericom.az » Cəmiyyət » Füzuli Ələkbərovun qızı klinika açır? - İDDİA

reklam

Füzuli Ələkbərovun qızı klinika açır? - İDDİA


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda AFN-də bir neçə dəfə yazı dərc edilib. Hətta bir neçə ay öncə saytımız yazdıqdan sonra sabiq nazirin qanunsuz işlədilən dayanacağı ləğv olunub. Xatırladaq ki, mübahisəli ərazi kimi gündəmdə olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin məhz F.Ələkbərova məxsus olması haqda məlumat vermişdik. Bildirilirdi ki, kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var.

Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir. Ərazi dayanacaq kimi fəaliyyət göstərirdi və biz yazını dərc etdikdən sonra bu fəaliyyət ləğv edilmişdi.

Həmin yazımızda bildirmişdik ki, F.Ələkbərova məxsus olan daha bir əmlak Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 100 ünvanında yerləşir. Prospektin ikinci dərəcəli yolunda olan və daxilində tikili olan torpaq sahəsi hasarlanıb. Torpaq və tikinti sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı və texniki pasportu var. Torpaq sahəsi və tikili bina xüsusi mülkiyyətdədir. Ümumi sahəsi 0,303 ha təşkil edən torpaq sahəsində 226,3 m2 tikili mövcuddur (keçmiş “Moskva” mağazası).

Onu da qeyd edək ki, sabiq nazirin varidatının əsasını təşkil edən “Improtex” Şirkətlər Qrupudur. Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan - UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlər daxildir.

Bu günlərdə isə redaksiyamıza sabiq nazirin ailəsinə məxsus olduğu deyilən daha bir mülkün görüntüləri təqdim edilib. Belə ki, İçərişəhərdə məşhur “Karvansaray” restoranının arxasında yerləşən 3 mərtəbəli villanın F.Ələkbərovun qızına məxsus olduğu bildirilir. Məlumatı redaksiyamıza təqdim edən mənbə onu da bildirib ki, həmin obyektdə yaxın vaxtlarda F.Ələkbərovun qızına məxsus olan klinika fəaliyyətə başlayacaq: “Mənim bildiyimə görə, artıq klinikaya lisenziya da alınıb, bu günlərdə başlamalıdır fəaliyyətə. Ola bilsin ki, klinika orada yerləşməsin, amma o faktdır ki, həmin obyekt sabiq nazirin qızına məxsusdur”.

 




Paylaş:


Müəllif : Tarix:
20-11-2019, 09:23
Sikayət   


loading...
Загрузка...