İcra başçısının adından Administrasiyaya məktub yazılıb – Ağsuda sensasion saxtakarlıq
Ağsunun icra başçısı Vahid Tağıyevin adından Prezident Admnistrasiyasına (PA) yalan dolu məktub göndərilib.
Bu sensaion olay barədə Yenisabah.az-a Ağsunun Bico kənd sakini Seymur İsayev məlumat verib. Onun sözlərinə görə, bir müddətdir ki, Bico kəndində örüş sahələrinin ayrı-ayrı şəxslərə satılması ilə bağlı narazılıq var.
Bununla bağlı kənd sakinləri Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edilib. Müraciəti 31 nəfər kənd sakini imzalayıb. “Müraciətimizə cavab verilib. Lakin bu, yeni icra başçısı Vahid Tağıyevdən gizlədilib. Cavab məktubunda məsələnin araşdırılması və Prezident Admnistrasiyasına bu barədə məlumat verilməsi qeyd edilib. Prezident Admnistrasiyasına ünvanlanan məktubda isə bizim müraciətin böhtan olduğu iddia edilib. Həmçinin yazılıb ki, guya bu müraciət şəxsən mənə aiddir. İmzaları da özüm qoymuşam”, - deyə kənd sakini bildirib.
Seymur İsayevin sözlərinə görə, məsələ ilə bağlı icra başçısının qəbulunda olub: “Bəlli oldu ki, icra başçısının bütün bunlardan xəbəri yoxdur. Mən isə ona bildirdim ki, sizin adınıza gələn məktuba sizdən xəbərsiz cavab yazıblar və kənd sakinlərinə, o cümlədən mənə böhtan atıblar. Bu işlərin arxasında isə icra hakimiyyətinin hüquq şəbəsinin müdiri Tofiq Kərimov, Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudov, onun müavini Ayət Abasov və Bico kənd bələdiyyə sədri Anar Abasov dayanır. Bu arada qeyd edim ki, Anar Abasov Ləngəbiz kənd məktəbində direktor müavini işləyir. Atası onun əvəzindən bələdiyyəni idarə edir.
Bu şəxslər əlbir olaraq həm örüş sahələrini “əridiblər”, həm də saxtakarlıq ediblər. Prezident Admnistrasiyasına icra başçısının adından məktubu Tofiq Kərimov göndərib. Amma Vahid müəllimin bundan xəbəri yoxdur.
Həmçinin bu şəxslər Prezidentə və Mehriban xanıma ünvanladığımız müraciətə imza atanlarla tək-tək görüşərək, onlara təzyiq edibrlər ki, imzalarından imtina etsinlər. Dükanı olana deyiblər dükanı bağlayacaqlar, mal-qarası olan deyiblər mal-qaranı satdıracaqlar və s. Amma bunu kimlərin edəcəyini deməyiblər. Bütün bunlar barədə icra başçısına ətraflı məlumat verdim. İnsafən Vahid müəllim icra başçısı təyin olunan gündən müsbət işlər görür. Elə bizim kəndin camaatı ilə səyyar qəbul təşkil edib, problemləri dinləyib.
Amma adını çəkdiyim şəxslər müsbət işlərə mane olmağa çalışırlar. Prezident Admnistrasiyasına göndərilən məktubda qeyd edilib ki, kəndin 3000 hektar örüş sahəsi var və həmin ərazi əhalinin istifadəsindədir. Bu yalandır. Çünki həmin 3000 hektarın təxminən 900 hektara yaxını uzun müddətli müqavilə ilə ayrı-ayrı şəxslərə verilib. Daha doğrusu satılıb.
İddia edirlər ki, 200 hektar ərazi “Batabat” MMC-yə məxsusdur. Bu ərazi faktiki olaraq örüş sahəsidir. Veriblər adını çəkdiyim MMC-yə, 1 hektarı 70 qəpiyə. Hər halda müqavilədə belə qeyd edilib. Amma kənd camaatı torpaq sahəsi icarəyə götürəndə 1 hektarı 20-50 manat civarında rəsmiləşdirlir”.
Şikayətçi deyir ki, hazırda kənd camaatının mal-qarasını otarmaq üçün örüş sahəsi yoxdur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-11-2019, 20:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-11-2019, 20:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56