reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ağsuda bələdiyyə sədrlərini ataları əvəz edir?

reklam

Ağsuda bələdiyyə sədrlərini ataları əvəz edir?


Basının gündəmini Ağsu RİH başçısının xəbərsiz olduğu və onun adından Prezident Administrasiyasına göndərilən cavab haqqında sensasion saxtakarlıq iddiası işğal edib. Təbii ki, ciddi pozuntudur və araşdırılması təmin ediləcək. Bu fakt Ağsu RİH -in vətəndaşlara, onların müraciətlərinə necə ögeylik göstərməsini, ümumiyyətlə, vətəndaşı insan saymamasını bir daha tam çılpaqlığı ilə ortaya qoyur. Amma bizi sözügedən saxtalıqla bağlı qələmə sarılmağa vadar edən həmin yazıda şikayətçilərin nümayəndəsi kimi çıxış edən Bico kənd sakini Seymur İsayevin Bico bələdiyyəsinin sədri, Ləngəbiz məktəbinin direktor müavini Anar Abbasovun səlahiyyətlərinin atasının icra etməsi ilə bağlı dedikləridir. Bələdiyyə sədrinin vəzifəsini onun atası necə icra edə bilər? Axı, bu kobud vəzifə saxtakarlığıdır, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdir. Düzdür, burada mənimsəmə, icra könüllü, “jentlmen razılaması”, ata-bala sövdələşməsinin sonucu olaraq baş verir, amma daha böyük qanunsuzluq olduğu şübhə doğurmur. Elə bilirsiniz, bələdiyyə sədrlərinin könüllü olaraq səlahiyyətlərindən imtina etməsi təkcə Bico kəndinə aiddir? Xeyr a!

Ağsunun Pirhəsənli kəndinin hazırkı bələdiyyə sədri “sənəddə” başqa kənddə işləyən və yaşayan müəllimə olsa da, gerçəkdə onun səlahiyyətlərini atası icra edir və kənddə hamı bələdiyyə sədri kimi atanı tanıyır. Özü də bu şəxs kim olsa yaxşıdır? Ağsunun 51 gündür görəvindən alınan icra başçısının bibisi oğlu! Bundan əvvəlki bələdiyyə sədri isə “sənəddə” başçının bacısı oğlu Eldost Nəsrullayev olsa da, gerçəkdə başçının qaynı onun səlahiyyətlərini beş il icra edib! Bu faktlar bələdiyyə seçkilərinin formal xarakter daşıdığını, bələdiyyə üzvlərini , əsas etibarı ilə sədrləri icra başçılarının təyin etməsini açıq ortaya qoyur. Belədə bu qədər xərc çəkib, büdcənin pulunu göyə sovurub seçki keçirməyə nə ehtiyac var? Eləcə icra başçıları pulunu alıb, bələdiyyə sədrlərini təyin edəcəksə, bu boyda həngaməyə, zurna-qavala, fikrimizcə, ehtiyac yoxdur.

Onu da vurğulayaq ki, bir müddət öncə yeni başçı Vahid Tağıyevin də Ağsuya kimisə bələdiyyə sədri “seçdirmək” təyinatından basında informasiya gedib. Bəs görəsən, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin , konkret saxtakarlıq faktı üzrə Göyçay Regional Ədliyyə İdarəsinin başbilənləri nə deyir? Onlar da bələdiyyə sədrlərinin vəzifələrini icra edən “ATA BƏLƏDİYYƏ ”ləri tanıyırlar, yoxsa ANA QANUNU?

 



Paylaş:


Müəllif : Tarix:
21-11-2019, 19:05
Sikayət   


loading...
Загрузка...