reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bura Allahın evidir” deyib yerini nazirə vermədi - Foto

reklam

“Bura Allahın evidir” deyib yerini nazirə vermədi - Foto


Türkiyənin Ekologiya və Ətraf Mühit naziri Murat Kurum yoxlama aparmaq üçün Sinop şəhərinə səfər edən zaman gözlənilməz hadisə ilə qarşılaşıb.
Nazir cümə namazı qılmaq üçün şəhərin mərkəzindəki tarixi Əlaəddin Keyqubat məscidinə yollanıb. Müftinin yanında oturmaq istəyən Kurum orada əyləşən 75 yaşlı sakin Bilal Göbeloğluna müraciət edərək “bura nazir, icra başçısı və millət vəkili gələcək. Sən arxaya keç”-, deyib. Bu zaman qarşı tərəf ona sərt reaksiya göstərərək “Bura Allahın evidir, mən namazımı həmişə burada qılıram. Kim gəlirsə gəlsin yerimdən qalxmayacağam”-deyərək nazirə yerini verməyib. Göbeloğlu baş verən hadisədən sonra mediaya açıqlama verib:


“Onu tanımadığım üçün iki dəfə kim olduğunu soruşdum. O da Ekologiya və Ətraf Mühit naziri olduğunu dedi. Mən də “nazirsənsə, bizim məhəllədəki baxımsız, dağılmış türbəni təmir etdir”-dedim. O da mənə vizit kartını verib sonra zəng etməyimi istədi. Daha sonra biz əl-ələ görüşdük və nazir məsciddən ayrıldı".
 



Paylaş:


Müəllif : Tarix:
23-11-2019, 13:16
Sikayət   


loading...
Загрузка...