reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Daha çox pul verib...” – Bu universitlər Azərbaycandan getmiş tələbələrdən şikayətləndi

reklam

“Daha çox pul verib...” – Bu universitlər Azərbaycandan getmiş tələbələrdən şikayətləndi


“Ukraynada 660 Universitet var və burada 1.5 milyon tələbə təhsil alır. Hər il Ukraynada təhsil alan əcnəbilərin sayı dayanmadan artır. Hal hazırda xarici ölkələrdən gəlmiş tələblərin sayı 67 min nəfərdir ki, onun da 8 mini Azərbaycanlı tələbələrdir. Həmyerlilərimiz Ukraynada ən çox hüquq, tibb, iqtisadiyyat ixtisasları üzrə təhsil alır”.
Bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Ukrayndan 2 universitetin rəhbərliyi ilə görüşüb və onlar Azərbaycandan gəlmiş tələbələrdən narazıdırlar:

“Amma deyim ki, 2 gün ərzində görüşdüyüm 20 universitet rəhbərliyi ölkəmizdən gəlmiş tələblərin bilik və bacarıqlarından razı deyillər. Eyni zamanda intizamlarıda onları razı salmır. Daha çox pul verib oxumaq yolunu tutub gənclərimiz.

Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin səviyyəsi Ukraynadakılardan çox zəif deyil. Amma İKT, idarəetmə və müstəqil qərar qəbul etmədə lap çox geriyik.

Görüşdüyüm bütün universitetlər xarici ölkələrdən tələbə qəbulunda çox maraqlı və istəklidir. Əcnəbi tələbələr üçün demək olar ki, bütün şərait yaradılıb.

Kiyevdə bir ərazidə 20 dən çox universitet fəaliyyət göstərir. Maraqlıdır ki, bu ərazidəki metro stansiyasının adı da Universitetdir.

Görüşdüyüm və ən yaxşı təssüratım olan Universitetlərdən biri Kiyevdə Taras Shevchenko National Universiteti oldu.

Onu da deyim ki, burada hətta bir binada bir neçə universitet fəaliyyət göstərir və belə universitetlər Azərbaycan kimi ölkələrdən gəlmiş tələblər üçündür. Yəni adını yazdır, get”.


Paylaş:


Müəllif : Tarix:
24-11-2019, 13:31
Sikayət   


loading...
Загрузка...