Cahangir Hacıyevin bacısı aeroportda saxlandı - Gürcüstana getmək istəyirmiş
Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq, geri qaytarılıb. Ə.Hacıyeva Gürcüstana getmək istəyirmiş.
Bu barədə Ə.Hacıyeva özü Bizimyol.info-ya açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşı C.Hacıyevin işi üzrə istintaq aparılarkən iki il əvvəl onun da ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu məhdudiyyətlə əlaqədar əvvəlcə yerli məhkəmələrə, daha sonra Avropa Məhkəməsinə şikayət edib.
Avropa Məhkəməsi ötən il dekabrın 13-də onun şikayəti üzrə qərar verərək, ölkədən çıxışına məhdudiyyəti hərəkət azadlığının pozuntusu kimi qiymətləndirib. Bu ilin yanvarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yenidən bu məsələyə baxıb. Hakim Xaliq İmanov məhdudiyyət qərarını qanunsuz hesab edib: “Məhdudiyyətin götürüldüyünü nəzərə alıb, müalicəyə getmək istəyirdim. Hava limanında sərhəd xidmətində bildirdilər ki, Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulub”.
Ə.Hacıyeva martın 28-də Prezident İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova məktub göndərib. Nazirdən ölkədən çıxışına məhdudiyyət qərarının ləğvini xahiş edən keçmiş bankirin bacısı prezidentdən də kömək istəyib: “2018-ci il sentyabrın 15-dən qardaşımla görüşə, telefonla danışa bilmirəm. Notariat əməliyyatları aparmaq belə mənə yasaq edilib. Anamın vəfatından sonra vərəsəlik şəhadətnaməsini belə ala bilmirəm, notariuslar bu əməliyyatı həyata keçirməkdən imtina edir. Cənab prezident, bütün bunlara son qoyulmasında bizə köməklik göstərilməsini Sizdən xahiş edirəm”.
C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Hazırda bu məhkəmədə yenə də C.Hacıyevin mühakiməsi gedir. Haqqındakı ikinci cinayət işində C.Hacıyev dostu, keçmiş deputat Dünyamin Xəlilovun vasitəsilə yaradılan şirkətlərə bankdan milyonlarla kredit ayırıb onları birlikdə mənimsəməkdə ittiham olunur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-03-2019, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-03-2019, 14:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09