reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bəribaşdan 50 manat verməsəniz, 574 manat cərimə alacaqlar: - “Yüz minlərlə insan borc asılılığına düşə bilər”

reklam

Bəribaşdan 50 manat verməsəniz, 574 manat cərimə alacaqlar: - “Yüz minlərlə insan borc asılılığına düşə bilər”


“Anonim şəxslər tərəfindən evlərə bildirişlər paylanır ki, hər kəs 2020-ci ilin yanvar ayından başlayaraq öz mənzilini sığorta etdirməsə, hər 20 gündən bir 30 manat cərimə olunacaq. Bu məsələ ilə bağlı işi hər hansı bir xüsusi dövlət orqanı öz üzərinə götürməyib ki, həmin orqanın adından bildirişlər paylanılsın. Yəqin ki, bunu sığorta şirkətləri lobbiçilik edərək paylayır və bildirişlərdə sığorta şirkətinin adı yazılmır. Bildirişin aşağı hissəsində hansısa fiziki şəxsin adı yazılır və nömrələri qeyd olunur. Yəni bu iş əhaliyə xəbərdarlıq hüququ olmayan şəxslər tərəfindən həyata keçirilir. Əslində isə bu xəbərdarlığı cəza tətbiq edən orqan etməlidir. Bu xəbərdarlıq həmin orqanın adından edilmədiyi üçün mən bunu anonim hesab edirəm”.

Bunu Cebhe.info-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib:

“Mən insanların əmlakını, xüsusən də daşınmaz əmlakını sığorta etdirməsinin tərəfdarıyam ki, texnogen qəzalar və təbii fəlakətlər zamanı əmlakı sıradan çıxan vətəndaşlar iflas vəziyyətinə düşməsinlər. Yəni əmlak, xüsusən də daşınmaz əmlak sığortalansa yaxşıdır. Amma bunun icbari xarakterli olması sığorta prinsipinə ziddir. Evlər sığorta edilmədiyi halda cərimə olunması haqqında maddə İnzibati Xətalar Məcəlləsində var idi. Amma yalnız əmlak üzərində hüquqları həyata keçirərkən insanlar məcbur olub (əks halda notariat əməliyyatları aparılmırdı) daşınmaz əmlaklarını sığorta edirdi. Cərimə isə tətbiq edilmirdi. İndi 20 gündən bir cərimə yenilənəcək. Bu, o deməkdir ki, şəxs əgər 50 manat verib əmlakını sığorta etdirməsə, 1 ildə 547 manat 50 qəpik cərimə olunacaq. Əlbəttə, daşınmaz əmlakı sığorta etdirmək yaxşıdır, çünki indi dövlət məcburən sığortaçı qismində çıxış edir. Əmlakı bu və ya digər səbəblərdən sıradan çıxan istənilən şəxs dövlətdən umur ki, ona ya əmlakın əvəzini versin, ya da kompensasiya ödəsin. Amma dünyada sığortanın qızıl qaydası var. Yalnız 3-cü şəxslər qarşısındakı məsuliyyətin sığortası icbari ola bilər. Məsələn, avtomobil sahiblərinin 3-cü şəxslər qarşısında məsuliyyətinin sığortasının icbari olması çox gözəldir. Çünki avtomobil sahibi başqa birinə zərər vurursa və vurduğu maddi zərərin qarşılığını ödəmək üçün pulu olmadığını deyirsə, həmin maddi zərər sığorta şirkəti tərəfindən ödəniləcək. Amma şəxsin öz avtomobilini sığorta etdirməsi könüllülük prinsipinə əsaslanır ki, buna da “kasko sığorta” deyilir”.

Ekspert bildirib ki, əmlakın icbari sığortası mülkiyyət hüququnu pozur:

“Əmlak sığortası könüllü olmalıdır, amma əhalini buna təşviq etmək lazımdır ki, əmlakını sığortalasın. Cərimələrin tətbiqi nəticəsində yüz minlərlə insan borc asılılığına düşə, xarici ölkəyə getmək istəyənlərə qadağa (Ban) qoyula bilər. Bu addım sosial gərginlik yarada bilər. Sığorta haqqı 50 manat da olsa, rayon yerlərində çox insan bunu tapıb daşınmaz əmlakını sığorta etdirə bilmir. Əgər bu məsələdə qanunlar bütün gücü ilə işləməyə başlasa, nəticədə böyük bir sosial ajiotaj yarana bilər”.

Sahib Məmmədov çıxış yolunu da göstərib:

“Birincisi, bu məsələdə geniş maaarifləndirmə işi aparmaq lazımdır ki, insanlar əmlak sığortalamağın yaxşı olduğunu bilsin. İkincisi, imtiyazlı kateqoriyadan olan insanlar, şəhid ailələri, əlilliyi olan şəxslərin əmlakını dövlət büdcəsi hesabına sığortalamaq olar”.


Paylaş:


Müəllif : Tarix:
26-11-2019, 09:48
Sikayət   


loading...
Загрузка...