Nazirlik xətti ilə mal-qara alan vətəndaş niyə ŞİKAYƏT ETDİ?..
“Sosial şəbəkə səhifələrindən birində Bərdə rayonu, Muğanlı kənd sakini Mustafayev Bəhruz Ələkbər oğlunun ona verilmiş mal-qaradan şikayəti araşdırılıb”.
regionxeberlericom.az bildirir ki, bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
F.Talıbov qeyd edib ki, araşdırmalar nəticəsində 2016-cı ildə Bərdə rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata götürülən Bəhruz Mustafayev 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunduğu məlum olub:
“Noyabrın 5-də məhz özünün iştirakı və seçimi ilə ona mal-qara alınıb verilib. Mal-qara təqdim edilərkən Bəhruz heyvanlardan razılığını həm imzaladığı aktda, həm də videoçəkiliş zamanı bildirib. Həmçinin heyvanların sağlamlığını təsdiq edən baytar sənədi də ona verilib.
Aktivləri aldıqdan bir müddət sonra rayon məşğulluq mərkəzinə gələrək inəklərdən birinin “dəli” olduğunu, heyvanın dəyişdirilməsini istədiyini bildirib. Bununla əlaqədar məşğulluq mərkəzi tərəfindən araşdırma aparılacaq”.
Şöbə müdiri heyvanlar təqdim edilərkən vətəndaşın razılığını və minnətdarlığını əks etdirən videoçəkilişi və aktın surətini təqdim edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2019, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2019, 13:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56