Şagirdlərə yük, valideynlərə isə dərd olur - Ləğv ediləcək?
Son illər valideynlər övladlarına verilən ev tapşırıqlarının çətinliyindən şikayətlənirlər. Onlar bildirirlər ki, nəinki şagird, heç özləri də bu tapşırıqları həll edə bilmirlər. Əksər inkişaf etmiş ölkələrdə, xüsusən də Finlandiyada ev tapşırığı yox dərəcəsindədir. Lakin bu ölkələr dünyada öz təhsil səviyyələri və keyfiyyəti ilə tanınırlar.
Deputat Elmira Axundovanın I və II sinifdə ev tapşırıqlarının ləğv olunmasını təklif etməsi bu məsələni yenidən gündəmə gətirdi.
Bəs Azərbaycanda bu mümkündürmü?
Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı fikirlərini “Yeni Sabah”a bildirib. O qeyd edib ki, ümumiyyətlə, ev tapşırığı olmamalıdır.
“İlk növbədə qeyd edim ki, ev tapşırıqları uşağın zəkasının inkişafında mühüm rol oynayır. Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdı. Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Amma təəssüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırığı verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər".
K.Əsədov bildirib ki, şagirdlər evdə sırf fiziki tərbiyə ilə bağlı müəyyən işlər görməlidirlər:
“Ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Tərbiyənin özü də ailə və məktəbdən gəlir. Şagirdlərimiz məktəbdən evə gedərkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər. Yəni, onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Evə tapşırıqlar ona görə verilməməlidir ki, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılsın.
Müəllim adi ev tapşırıqlarının əvəzində, uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda və s. əldə edə bilərlər. Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan bir məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. Yəni, biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək. Müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin. Əgər tapşırıq vermək rəva bilinirsə, bu zaman ev tapşırığı elə səviyyədə verməlidir ki, şagirdə özü də bunu anlasın. Yəni, şagird müəllimin bu tapşırığı ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verdiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək, daha yüksək arenaya çıxışı üçün ona yol açıb, işıq verdiyini başa düşməlidir".
Ekspert ev tapşırıqların şagirdlərə daha bir zərəri barədə də danışıb:
"Bəzən istər ibtidai, istərsə də ümumi orta təhsildə müəllim 10 tapşırığın hamısını bütün sinfə verir. O tapşırıqlardan zəif şagird ikisini həll edə bilər ya yox, orta təhsilli şagird yarısını, yüksək təhsilli şagird isə hamısını edə bilər. Belə olan halda sinifdaxili qiymətləndirmədə də yanlışlıqlar ortaya çıxacaq, zəif şagird elə zəif olaraq da qalacaq. Ona görə qiymətləndirmənin düzgün şəkildə aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər. Əgər belə olarsa, şagird düzgün qiymətləndiriləcək, onların biliyi çox yüksək səviyyədə olacaq və öz effektini də göstərəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2019, 16:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2019, 16:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08