reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vəziyyətləri pisləşən tələbə qızların kimlikləri bilindi - RƏSMİ (YENILƏNİB)

reklam

Vəziyyətləri pisləşən tələbə qızların kimlikləri bilindi - RƏSMİ (YENILƏNİB)


Vəziyyətləri pisləşdiyi üçün Kliniki Tibbi Mərkəzə çatdırılan Bakı Dövlət Universiteti və Azərbaycan Pedeqoji Universitetinin (BDU) tələbə qızlarının adı dəqiqləşib.
 
Təzyiq problemi ilə mərkəzə çatdırılan tələbələr Məmmədova Aygün və Ramazanova Məryəmdir.
 
Mərkəzdən verilən məlumatda həmçinin qeyd olunur ki, tələbələrin vəziyyəti hazırda normaldır: "Tələbə qızlarının birində təzyiq yüksək olub, digərində isə əksinə aşağı olub. Hazırda vəziyyətləri normaldır".
 
Qeyd edək ki, tələbə qızlar iddia edildiyi kimi yataqxanada deyil, kirayə evdə yaşayıblar.  (baku.ws)
 
 Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.
 
Səhiyyə Nazirliyindən (SN) verilən məlumata görə, tələbələrin səhhətinin pisləşməsi barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub:
 
“Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır”.
 
Rəsmi məlumata görə, hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.
 
 
 


Paylaş:


Müəllif : Tarix:
3-12-2019, 12:38
Sikayət   


loading...
Загрузка...