reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB

reklam

“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB


“Aprel şəhidi” Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə də bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisində namizəd kimi iştirak edəcək.

Modern.az-ın məlumatına görə, Pərişan Musazadə Xətai rayonundan bələdiyyə üzvü seçilmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, P.Musazadə həm də “Şəhid övladları və kimsəsiz uşaqlara yardim” İB-nin sədri kimi ictimai fəaliyyət göstərir.
 
Onun həyat yoldaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Təbriz Musazadə 2016-cı ilin 2 aprelində ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotu olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


Paylaş:


Müəllif : Tarix:
3-12-2019, 12:41
Sikayət   


loading...
Загрузка...