“Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” layihəsi keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” adlı layihəyə start verilib.
“Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin sədri, layihə rəhbəri Həsən Həsənlinin verdiyi məlumata görə, layihə çərçivəsində hazırlanan “Ocaq” adlı qısametrajlı filmdə ana və uşaq obrazlarının dilindən “Yanardağ”ın əfsanəsinin söylənilməsi və qum rəssamlığı vasitəsilə canlandırılması nəzərdə tutulmuşdur.
Sözügedən əfsanədə zülmətə qərq olmuş insanların qaranlıq qüvvələrlə uzunsürən savaşı və sonda onların bu qəhrəmanlıq yolunda günəş kimi doğan “dağ-alov” ətrafında birləşərək üstünlük qazanmaları xeyir və şər qüvvələrin əbədi mübarizəsi fonunda öz əksini tapmışdır.
Gənclər Fondunun elan etdiyi 12-ci qrant müsabiqəsi çərçivəsində reallaşan layihənin keçirilməsində əsas məqsəd mədəni irsimizin qorunması, Gənclərimizin tarix-mədəniyyət qoruqlarına, qədim abidələrə olan maraqlarını artırılması, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının ölkə daxilində və beynəlxalq miqyasda təbliği işinə töhfə vermək, bununla da mədəni irsimizin mühafizəsi sahəsində görülən işlərə stimul vermək və gənclər siyasətinə dəstək olmaqdan ibarətdir.
Filmin çəkilişlərində ssenari müəllifi və rejissor Orxan Muxtarlı, operator Tərlan Tağıyev, montajçı Vüsal Fərmanov, qum rəssamı Lalə Hüseynzadə, aktrisa Nigar Həsənzadə (ana rolunun ifaçısı) və Ayla Hacıyeva (kiçik qız rolunun ifaçısı) iştirak ediblər. Qeyd etmək lazımdır ki, texniki işlər tamamlandıqdan sonra yaxın günlərdə “Ocaq” qısametrajlı filminin geniş ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.
“Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyi
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-12-2019, 14:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-12-2019, 14:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:10
Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 08:54
İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
6-01-2025, 12:21