Əlil hüquqları üzrə müvəkkilə böyük ehtiyac var
Əlillərin hüquqlarını ən çox pozan kommunal və digər xidmət qurumlarıdır
3 dekabr - beynəlxalq əlillər günüdür. Elə bu günün özünün tarixə düşməsi əlil hüquqlarının beynəlxalq səviyyədə, BMT səviyyəsində tanınması və qorunmasını ortaya qoyur. Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin tələbləri BMT konvensiyasına uyğunlaşdırıldığından əlillər hüquqi yöndən geniş güzəşt və imtiyazlar daşıyır. Di gəl, qanunvericiliyin tələbləri icra olunmadığından bu kateqoriya insanlar faktiki olaraq hüquqsuz durumdadırlar. Bəs əlillərin hüquqları ən çox hansı sahələrdə pozulur?
Bəri başdan vurğulayaq ki, əlillərin hüquqlarına hörmətsizlik edənlər əsasən rayon, şəhər icra hakimiyyəti orqanlarıdır. Qanuna hörmətsizlik o həddədir ki, qanunun özünü bilərəkdən yanlış izah və tətbiq edərək əlillərin hüquqlarına qadağa qoyublar. “Torpaq islahatı haqqında” 16.07.1996 tarixli Azərbaycan Respublikası Qanununun 14 və 19-cu və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 15.03.2002 tarixli qanunun 13.1.1 maddələrində müharibə əlilərinə dövlətdən 2 pay, bələdiyyədən bir dəfə pulsuz torpaq sahəsi ayrılması təsbit olunsa da , BŞİH-in artıq funksiyaları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilən Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti- Planlaşdırma İdarəsinin rəisi əvəzi Şahlar Rzayev və sonra onun yerini tutan İlqar Əliyev ortalıq 20 il (?) ərzində rəsmi məktublarla Prezidentin adından Qarabağ əlillərinin hüquqlarına qadağa qoyulduğunu və torpaq sahələrinin yerli bəədiyyələr tərəfindən vətəndaşlara HƏRRAC VƏ MÜSABİQƏ YOLU İLƏ SATILDIĞINI bildiriblər. Nə Hesablama Palatası, nə Prezident Administrasiyası, nə NK, nə Baş prokurorluq, nə Ədliyyə Nazirliyi və digər nəzarətedici qurumlar bu açıq-aşkar özbaşınalığa, əlil hüquqlarının pozulmasına hüquqi qiymət verilməsini təmin edib. Onu da vurğulayaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BŞİH-in özü son çağlarda bu özbaşınalığa son qoyulması yolunda addımlar atır və artıq BŞİH rəsmi məktublarla əlillərin pulsuz torpaq hüququnun olmasını bildirib. Qalır bu hüququn faktiki gerçəkləşməsi.
Əlillərin hüquqlarına hörmətsiz yanaşan qurumların içində kommunal xidmət qurumları ağlasığmaz özbaşınalıqları ilə seçilir. Təsəvvür edin, əlil-istehlakçıdan işıq, qaz, su, istilik, telefon -internet xətti çəkilməsinə on minlərlə manat ödəniş tələb edərək on illərdir xidmətdən məhrum edirlər! Ən dəhşətlisi, nəzarətedici İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin, Energetika Nazirliyi və yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, Ombudsman Aparatının , ƏƏSMN -in və hüquq -mühafizə orqanlarının bu özbaşınalığa haqq qazandırmasııdır. Hətta Energetika Nazirliyi rəsmi məktublarla enerji istehlakçılarının köhnə tarixə qoşulma haqqı ödəmələrini (?) bildirib və əlillərin də elektrik xəttinin çəkilməsindən məhrum edilməsinin DÖVLƏT SİYASƏTİ OLMASINI qanunvericiliyə bağlayıb! (?)
Son çağlar əlillərin sosial müdafiəsi sahəsində müsbət addımların atılması alqışa layiqdir. Əlillərin, özəlliklə 1-ci dərəcəli əlillərin və onlara qulluq edınlərin pul təminatlarlnın əhəmiyyətli dərəcədə artması dövlətə və sabaha inamı da artırır. Bircə unudulan problemi vurğulamaq yerinə düşər. Müharibə əlilərinə Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı ilə kommunal, nəqliyyat və rabitə xidmətlərinin əvəzinə verilən 26 manatlıq aylıq müavinət 18 ildir dəyişməz qalıb və hətta unudulub. Fikir verin, müharibə veteranlarına 18 il qabaq ayrılan 11 manat arta -arta 2019-cu ildə 80 manata çatdırıldı və Prezident təqaüdü şəklində bütün “müharibə veteranı” adı daşıyanlara şamil edildi. Müharibə əlillərinin 26 manatlıq müavinətini də müharibə veteranlarında olduğu kimi Prezident təqaüdü kimi verilməsini təmin etməklə, həm müavinətin məmur ciblərinə getməsinə son qoyular, həm müharibə əlillərinin sosial müdafiəsi bir qədər də güclənər və həm də dövlətə və onun başçısına sayğı və inam artar. Bu müavinətin 50-100 manata qaldırılaraq müharibə, 20 Yanvar əlilləri və şəhid
ailələrinin mövcud Prezident təqaüdlərinin üzərinə əlavə edilməsi də mümkündür. Fikrimizcə, bununla əlillərə qarşı “kommunal ögeyliyi”nə son qoyular.
Sonda əlillərin hüquqlarının effektiv qorunması üçün ayrıca əlil hüquqları üzrə müvəkkilə böyük ehtiyac olduğunu vurğulayaq. Onu da vurğulayaq ki, nə Prezident Administrasiyasının, nə də Nazirlər Kabinetinin strukturunda əlil və şəhid ailələrinin məsələləri şöbəsi yoxdur. Bizim kimi işğala uğrayan Ukraynada isə PA-nın tərkibində həm əlil ombudsmanı, həm də əlillərin işləri üzrə şöbə əlillərin hüquqlarının qorunmasını həyata keçirir. Fikrimizcə, düşünməyə dəyər. .
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-12-2019, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-12-2019, 14:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09