reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yeni doğulan uşaqlara şəxsiyyət vəsiqəsi verilməlidir? - POLİS RƏİSİ DANIŞDI

reklam

Yeni doğulan uşaqlara şəxsiyyət vəsiqəsi verilməlidir? - POLİS RƏİSİ DANIŞDI


“Yeni doğulan uşaqlara şəxsiyyət vəsiqələrinin verilməsində heç bir məhdudiyyət yoxdur”.

regionxeberlericom.az bildirir ki, bunu Lent.az -a Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis mayoru Jalə Nəsibova deyib. O bildirib ki, şəxsiyyət vəsiqəsinin verilməsi əslində 15 yaşda nəzərdə tutulub:

“15 yaşı tamam olmamış şəxslərə isə Ədliyyə Nazirliyidən fərdi identifikasiya kartları verilməlidir. Sadəcə, bu proses ləngidiyi üçün hazırda həmin şəxslərə şəxsiyyət vəsiqələri verilir. Fərdi identifikasiya kartlarının dövriyyəsinə qədər buna davam ediləcək”.

J.Nəsibova əlavə edib ki, yeni doğulan, eləcə də 15 yaşadək uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi könüllüdür:

“Əgər vətəndaş övladını ölkə hüdudlarından kənara apararsa, şəxsiyyət vəsiqəsi alınır. Vəsiqədə azyaşlının şəkli də olur. Çünki sərhədi keçən şəxsin görüntüsünün olması vacibdir.

Uşaqlara şəxsiyyət vəsiqələri verilərkən əl izləri götürülmür”.

"ASAN xidmət"dən isə bildirilib ki, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının (bundan sonra - 15 yaşı tamam olmamış vətəndaş) fərdi identifikasiya kartının 2022-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2018-ci il sentyabrın 1-dən 2022-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi verilir:

"15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra - qanuni nümayəndəsinin) müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulan sənədlər əsasında həyata keçirilir:

- 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.

- 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.

- 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, hərbi vəzifəsi, vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları daxil edilmir.

- 15 yaşı tamam olmuş kişi vətəndaşlardan ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə tələb olunur.

- Vəsiqə sahibinin üzərinə qoyulmuş vəzifələri 15 yaşı tamam olmamış vətəndaşa aid hissədə onun qanuni nümayəndəsi həyata keçirir.

- 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır".

15 yaşına çatmamış Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün 10 günə verildikdə və ya dəyişdirildikdə - 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 20 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat dövlət rüsumu ödənilməlidir.


Paylaş:


Müəllif : Tarix:
5-12-2019, 16:25
Sikayət   


loading...
Загрузка...