80 yaşında icra başçısı olmağın SİRRİ — “Əmək qabiliyyətini itirmiş vəziyyətdədir…”
Azərbaycanda 80 yaşında icra başçısı var. Sabah – aprel ayının 1-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin 80 yaşı tamam olur. Uzun illər yüksək vəzifələrdə çalışmış 80 yaşlı Xanbabayevin daha nə qədər vəzifə kreslosunda əyləşəcəyi məlum deyil. Amma hər halda bu yaşda bir adamın belə məsul vəzifədə qala bilməsinin bir sirri olmalıdır…
Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub.
Sovet hakimiyyəti dövrü – ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, müstəqillik illərində isə Naxçıvan Muxtar Respublikasının baş naziri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini kimi mühüm vəzifələr tutub.
23 oktyabr 2004-cü ildə, Azərbaycanda müəllimlərin, dövlət qulluqçularının və digərlərinin məcburi pensiyaya çıxarıldıqları yaşda – 65 yaşında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 15 ildir bu vəzifədə işləyir və belə görünür ki, hələ bundan sonra da işləməkdə davam edəcək.
Maraqlıdır, 50 ildir belə yüksək vəzifələrdə çalışan Şəmsəddin Xanbabayevin 80 yaşında belə kreslosunu qoruyub saxlaya bilməsinin sirri nədir?
“AzPolitika.info”nun əməkdaşı bu sual ətrafında hörmətli Xanbabayevi yaxından tanıyan bir mənbə ilə söhbətləşib.
Mənbə ilk növbədə bildirib ki, Şəmsəddin Xanbabayev dərin bilikləri, savadı və idarəetmə bacarığı ilə seçilməyən bir şəxsir:
“Rəhbər vəzifələrdə işlədiyi illərdə hər zaman hazır məruzələr, çıxışlar stolunun üstünə qoyulub, o da tribunadan ucadan oxuyub. Nə əlavələr edib, nə də bir cümlə dəyişib. Amma şirin dili ilə rəhbər və vəzifəli məmurlarla ünsiyyət qurmaqda, münasibət yaratmaqda professordur. Bu səbəbdən də istər raykom, istərsə də qorkom katibi işləyərkən siyasi rəhbər kimi yox, təsərrüfat briqadiri kimi işləmiş, küçələrə asfalt döşəyib, divarlara kərpic yapışdırmışdır…”
Həmsöhbətimiz qeyd edir ki, 80 yaşlı icra başçısı özünün demək olar ki, hər çıxışında siyasi savadının, təfəkkürünün olmadığıını nümayiş etdirir:
“Bu yaxınlarda özünü növbəti dəfə ölkə başçısına sədaqətli göstərmək üçün televiziyalardan birində öz xatirələrini bölüşürdü. Daha doğrusu, həm də özünü ifşa edirdi.
O, vurğulayırdı ki, Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi işlədiyi dövrdə Yerevana səfər edərkən şəhərin mərkəzində Sov.İKP MK Siyasi Bürosunun üzvlərinin portretlərinin asıldığını görüb, onun qənaətinə görə Heydər Əliyevin portretinin əlifba sırası ilə Brejnevdən sonra asılmalı olduğu halda, ən axırıncı yerdə vurulduğunu müşahidə edir. Dərhal Heydər Əliyevə zəng edib bu barədə məlumat verir. Əvvəla, Şəmsəddin Xanbabayevə anlatmaq lazım gəlir ki, Brejnevin SSRİ-yə rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü yox, üzvlüyünə namizəd idi. Namizədlərin portretləri üzvlərlə birgə deyil, ayrı vurulurdu.
Brejnev 1982-ci ilin noyabr ayında dünyasını dəyişəndən sonra SSRİ-nin başına Yuri Andropov gəldi, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədri Tixonova birinci müavin təyin edildi və Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi. Şəmsəddin müəllim, partiya sovet orqanlarında bu qədər rəhbər vəzifələrdə işlədiyiniz halda bunları bilmirsinizsə, buna yalnız təəssüflənmək lazımdır.
O ki qaldı portretin yerinə düzgün vurulmamasına görə Heydər Əliyevə dərhal zəng etməyinizə, bax bu tamamilə ağ yalandır. Əvvəla, o vaxt indiki kimi mobil telefon yox idi ki, siz dərhal zəng edə biləsiniz. İkincisi, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin müavini, Politbüro üzvü olduğu illərdə heç bir qorkom, raykom katibi onun koordinatlarını bilmirdi və ona zəng etməyə cürət edə bilməzdi…”
Mənbə deyir ki, Ş.Xanbabayevin səhhəti ona icra başçısı kimi gərgin iş tələb edən vəzifədə fəaliyyət göstərməyə imkan vermir:
“Məndə olan məlumata görə əməliyyat yolu ilə iki orqanı çıxarılıb, üstəlik şəkər xəstəliyindən əziyyət çəkir. Yəni demək olar ki, əmək qabiliyyətini itirmiş vəziyyətdədir. Amma vəzifələr ondan çoxdan əl çəksə də, o vəzifədən əl çəkə bilmir. Çünki vəzifə, səlahiyyət hərisidir. Xaçmaz rayonunda çoxlu sayda heykəllər, abidələr quraşdırıb. Samovar, fil, dəvə və sairə. Özü də bunları yaxşı işləməyin göstəricisi kimi qabardır…”
Mənbənin sözlərinə görə, 80 yaşlı Şəmsəddin Xanbabayev artıq xaçmazlıları da yorub. Onlar 80 yaşlı icra başçısını gənc, savadlı bir kadrın əvəzləyəcəyini səbirsizliklə gözləyirlər…
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-03-2019, 20:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-03-2019, 20:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39