Gülalıyev niyə sağalmır? – Həkim şok detalları açdı
Oktyabrın 29-da yolu keçərkən avtomobil qəzasına uğrayan və komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı professor, onkoloq Adil Qeybullanın Axar.az-a müsahibəsi:
- Oqtay Gülalıyevin vəziyyətinin ürəkaçan olmamasına səbəb həqiqətən də ailəsinin və dostlarının da iddia etdiyi kimi, laqeydlikdir?
- Bilməyənlər üçün Oqtay bəyin qəzasına oxşar bir qəzanın nəticəsini qeyd etmək istəyirəm. Dünyaca məşhur, Rusiyanın Volqoqrad əsilli milyarderi, “Magnat Trade Enterprise” distribütor şirkətinin qurucusu və sahibi Dmitri Obreteskini Londonda, öz evinin yanında avtomobil vurur və bununla milyarder komaya düşür. Onu Londonun ən öncül klinikasına yerləşdirirlər, dünyanın ən məşhur neyrocərrahları, reanimatoloqları işə cəlb olunur. Milyarder 1 həftə komada qalır və aparılan bütün tədbirlərə baxmayaraq, komadan çıxa bilmir və dünyasını dəyişir. Milyarder son 8 ildə ailəsi ilə Londonda yaşayıb və oranın vətəndaşı olub. Adətən, Londonda çox səliqəli və aşağı sürətlə maşın sürürlər, avtomobil qəzaları da az hallarda olur.
Demək istədiyim odur ki, kəllə-beyin travmalarının gedişini proqnozlaşdırmaq çox çətindir. Bu gün Oqtay Gülalıyevə guya laqeydlik, soyuq münasibət, nə bilim, əməliyyatının gecikdirilməsi, onun Türkiyədə uyğun olmayan xəstəxanaya yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yazılanlar hamısı lazımsız söhbətlərdir. Oqtay bəyin ailəsi də müxtəlif fikirlər səsləndirir. Axı onlar nə həkimdirlər, nə neyrocərrahdırlar, nə mütəxəssis. Başı çıxan da, çıxmayan da bu məsələdə fikir bildirir, ağıl öyrədir. Birdəfəlik qəbul etmək lazımdır ki, Oqtay bəyi aşağı sürətlə hərəkət edən avtomobil vursa da, onun aldığı travma olduqca ciddidir. Ailə, yaxınları buradakı xəstəxanadan narahat və narazı idi. Bu səbəbdən aparıldı Türkiyəyə. Orada təbabət kifayət qədər inkişaf edib. Hansısa irəliləyiş oldumu? Əksinə, geriləmə var, nəinki irəliləyiş.
- İzah etdiniz ki, Oqtay bəyin hələ də komada olmasına səbəb laqeydlik deyil. Bəs, səbəb nədir?
- Oqtay bəyi o vəziyyətə salan beyindaxili qanama olub. Beyin əzilməsi baş verib. Beyinin əzilməsinin şəkilləri də var. Bu halda hansı laqeydlikdən söz gedə bilər ki? Birinci yerləşdiyi xəstəxanadan ailə özü etiraz edərək “Baku City Hospital”a aparılmasını istədi. Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparıldı. Daha sonra o klinikanı bəyənmədikləri üçün başqa xəstəxanaya yerləşdirildi. Laqeydlik o vaxt olardı ki, Oqtay bəylə maraqlanmazdılar, müalicəsinə əhəmiyyət verməzdilər, vəsit ayırmazdılar, xaricə aparılmazdı və ya ailə etiraz etdikdən sonra xəstəxana dəyişdirilməzdi. Mən sizə konkret deyirəm, Oqtay Gülalıyevin vəziyyətini laqeydliklə əlaqələndirilməsi ilə bağlı deyilənlərin hamısı əsassızdır.
- İddialardan biri də Oqtay Gülalıyevin hadisə baş verən gün müalicəsində yol verilən nöqsandır. İlk gündən prosesin içində olan biri kimi necə hesab edirsiniz, Oqtay bəyin əməliyyat və müalicəsində hansısa səhvə yol verilib?
- Bunu elə ilk gündən demişəm ki, Oqtay bəyin bütün müalicə prosesi onun 1 saylı Kliniki Tibbi Mərkəzdən (“Semaşko”) çıxarılması ilə pozulub. Qəzadan sonra xəstəxanaya getdim. Mən ora gələndə artıq ailə “Baku City Hospital”la danışmışdı. Prosesin içində olduğuma görə bütün detalları bilirəm. Mənə hüquq müdafiəçisi Əlövsət Sadıqlı zəng vurdu və xəstəxanaya gəldim. Məni professor Vaqif Rəhimovun otağına apardılar və orada biz rentgenə də baxdıq. Orada gördüm ki, bu, olduqca ağır bir əzilmədir və daxili qansızmalar var. Adətən belə situasiyada qanaxma davam edirsə, vəziyyət ciddi olur. Qanama davam etmirsə, bu proses təxminən beş həftəyə müalicə fonunda tam sovrulub gedir. Ailəyə də bu, başa salındı. Özüm də onlara bildirdim ki, icazə verin, xəstə burada qalsın. Çünki o gün respublikada həmin sahədə yeganə mütəxəssis olan neyrotravmatoloq Əmrəli Yusifov növbədəydi. Bütün bu dediklərimizə əhəmiyyət vermədən, ailə mərhum yazar Rafiq Tağının həmin xəstəxanada dünyasını dəyişməsini əsas gətirərək, xəstəni oradan götürdü. Bildirdilər ki, biz artıq “Baku City Hospital”la danışmışıq. Mən onlara qarşı necə çıxa bilərdim ki? Bu, ailədaxili bir qərardır. Sonra da bildirirlər ki, əməliyyat gecikdirildi...
- Məlumata görə, Oqtay bəy 15 saat sonra əməliyyat olunub. Bu, gecikdirilmiş əməliyyat hesab edilirmi?
- Tam yalan məlumatdır. Əvvəla, Oqtay bəy 15 saat sonra əməliyyat olunmayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə gecə 23:00 radələrində gətirilib. Səhər saat 11-ə yaxın da KT olunub, ailənin istəyi ilə yerləşdirildiyi “Baku City Hospital”da dərhal əməliyyata götürülüb. Əməliyyatı bir neçə saat ləngidən də ailə özü olub. Daha sonra oraya neyrocərrah gətizdiriblər guya. Bu doğru deyil, belə olmayıb. Neyrocərrahın gətirilmə prosesini özəl klinika ilə Səhiyyə Nazirliyi özü həll edir. Əgər özəl klinikanın rəhbəri razı olmasaydı, kim gəlib onu orada əməliyyat edəcəkdi? Əməliyyatın olduğu özəl klinikada onlara kifayət qədər endirim olunub. Ailə bunları da deməlidir axı. Şəxsən mənim, klinika rəhbərliyinin təşəbbüsü ilə onlara endirim edilib. Nəzərə alıblar ki, Oqtay bəy ictimai simadır, tanınmış hüquq müdafiəçisidir. Səhiyyə Nazirliyindən gələn həkimlərə də özəl klinikada əməliyyat üçün şərait yaradılıb. Əməliyyatı edən cərrah da ölkənin yüksək səviyyəli cərrahıdır. Əməliyyatın bütün gedişi, bütün əməliyyatın görüntüsü bizdə var və buna kim istəsə, baxa bilər.
- Beyinin bu kimi zədələnməsində koma vəziyyətinin müşahidə edilməsi normaldır?
- Bu, ağır travmadır. İnsan yolla gedərkən yıxılıb ağır zədə alaraq dünyasını dəyişə bilər. Deyirlər, Oqtay bəyin huşu yerində olub. Proses axı tədricən gedir. Beyinə yavaş-yavaş ödəm yığılır. Beyin sıxılmağa başlayır, insan huşunu itirir.
- Adil bəy, əməliyyat prosesindən danışdınız. Bu, uzun çəkən prosesdir?
- Təbii ki. Beyin əməliyyatı ağır prosesdir. Bu əməliyyat üçün kəllə sümüyü bir neçə yerdən deşilir. Həmin açılan dəliklərdən xüsusi əməliyyat aləti olan “çikli” salırlar. Ancaq bu alət elə salınmalıdır ki, beyini zədələməsin. Təkcə bir saata yaxın elə kəllə sümüyünün qapağı kəsilir. Bu barədə danışan adamların heç biri bu prosesin zərrəsini də bilmir. Ancaq hamı bildi-bilmədi fikir bildirir. Məhz bu səbəbdən, mən bu cür demaqoq söz-söhbətlərdən sonra bu prosesə cəlb olunmağıma görə çox peşmanam.
- Adil müəllim, sizcə, Oqtay bəy 1 saylı Kliniki Tibbi Mərkəzdən çıxarılmasaydı, vəziyyəti, durumu başqa cür ola bilərdi?
- Bilirsiniz, mən dedim, ilk gündən onun 1 saylı Kliniki Tibbi Mərkəzdən çıxarılmasının tərəfdarı deyildim. Oqtay bəyi o vəziyyətdə gecə ilə özəl klinikaya transfer etmək ciddi yanlışlıq idi. Bu gün də Oqtay bəyin vəziyyətinin bu şəkildə ağır olmasına səbəb məhz budur. Həmin gün ölkədə bu sahədə ən aparıcı mütəxəssis olan Əmrəli Yusifov orada idi. O, ölkədə neyrotravma sahəsində ən təcrübəli həkimdir. Oqtay bəyi də o əməliyyat edəcəkdi, nəzarətdə saxlayacaqdı. Apardılar özəl klinikaya, oradan Respublika Neyrocərrahiyyə Xəstəxanasına, oradan da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədəki İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinə, daha sonra ailə oranın da uyğun klinika olmadığını bildirdi, başqa klinikaya keçirilməsini tələb etdi. Oradan da çıxarılaraq İstanbulun “Amerikan” xəstəxanasına köçürüldü… Bunların hamısını ailənin öz qərarı ilə ediblər. Özbaşına etsəydilər, deyəcəkdilər ki, bilərəkdən etdilər, ağırlaşmasına səbəb oldular. Axı ailə özü tələb edib bunları. Ailənin dediklərini etməsəydilər, deyəcəkdilər ki, ailənin tələbləri nəzərə alınmır. Daha nə edilməlidir ki? Ailənin hər bir tələbi nəzərə alınıb, bütün diqqət Oqtay bəyin müalicəsindədir. Hələ də başı bir şeydən çıxmayanlar burada qəsd, laqeydlik axtarır. Belə olmaz axı!
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2019, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2019, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08