“Namizədliyimi özümdən xəbərsiz irəli sürüblər” – Xaçmazda olay
Xaçmaz rayonunun Uzunoba kənd sakini Sayad İsmayılovanın dekabrın 23-də keçiriləcək seçkilərdə bələdiyyə şurası üzvlüyünə namizədliyi ondan xəbərsiz irəli sürülüb.
O, Turana-na bildirib ki, namizədliyini Yeni Azərbaycan Partiyası irəli sürüb. Kənd məktəbində müəllim işləyən İsmayılovaya bir neçə dəfə namizədliyini irəli sürmək təklif olunsa da, o, bundan imtina edib.
"Mən imtina etdim, amma yenə də namizədliyimi verdilər", deyə İsmayılova bildirib. O qeyd edib ki, bu özbaşınalıqdan yerli administrasiyaya və bələdiyyəyə müraciət edib, amma nəticəsiz qalıb.
Məsələ ilə bağlı 56 saylı Xaçmaz kənd seçki dairə komissiyası ilə əlaqə saxlasaq da, suallarımıza cavab verməkdən imtina olunub. Amma MSK-nın media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, İsmayılova özü namizədliyini irəli sürüb, amma daha sonra namizədliyinin ləğv edilməsi haqqında ərizə yazıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə hesab edir ki, əhalinin bələdiyyə seçkilərinə marağının aşağı olduğu bir şəraitdə "fəal mübarizə" nümayiş etdirmək üçün yerli hakimiyyət tərəfindən namizədlərin sayı süni şəkildə şişirdilir. Eyni zamanda, müstəqil namizədlərin qeydiyyatına maneə törədilir, bəzi hallarda isə onlar seçkilərdən çəkilməyə məcbur edilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-12-2019, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-12-2019, 08:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48