Şagirdlərin icbari dispanserizasiyasından narazılıqlar var: - "PUL TƏLƏSİDİR"
Valideyn Könül Qocayeva yazır: “Səhiyyə Nazirliyindən soruşuram, bu proses nə vaxta kimi davam edəcək və mənası nədir, axı? Hər il məcburam poliklinikaya gedib, həkimlərə şirinlik paylamağa?”
Digər valideyn Elnurə Abuşova da əlavə edir: “Qızım dünən dedi ki, yenə poliklinikaya getmək lazımdır. Keçən il bu müayinələrdən keçmək 30 manata başa gəldi. Mən də narazıyam”.
Hər iki valideyn eyni məsələdən – məktəbli övladlarının icbari dispanzerizasiyadan keçirilməsindən narazılıq edirlər. Deyilənlərdən yola çıxaraq hər iki valideynin şikayətinə AYNA tutmağa çalışdıq.
Əvvəlcədən qeyd edək ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununu var. Və bu qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti 2013-cü ilin 10 aprelində fərman verib.
Həmin fərmanın icrasını təmin etmək məqsədilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" hazırlanıb. Bu Dövlət Proqramı da uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilib.
Ancaq valideynlər iddia edirlər ki, bu proqram valideynlərdən əlavə pul "qopartmaq” məqsədilə hazırlanıb. Çünki hər il bu proses zamanı övladlarını dispanserizasiyadan keçirərkən həkimlərə müəyyən məbləğdə pul ödəməyə məcbur olurlar. “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun 10-cu maddəsində isə qeyd olunur ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Valideynlərin dediklərindən o da anlaşılır ki, uşaqların icbari dispanserizasiyadan keçirilməsi prosesi heç də şəffaf deyil. Belə ki, uşaq xəstə olduğu halda belə, valideyn həkimə bəlli məbləğdə “şirinlik” verərək məktəb tərəfindən verilmiş, uşaqların icbari dispanzerizasiya haqqında müayinə vərəqəsinə övladının sağlam olmasını yazdıra bilər.
Səhiyyə Nazirliyinin saytında isə qeyd olunur ki, uşaqların icbari dispanserizasiyası ilə bağlı hazırlanmış Dövlət Proqramı 2013–2017-ci illəri əhatə edir.
Maraqlıdır, indi 2019-cu il olmasına baxmayaraq, məktəblilər hansı əsasla icbari dispanserizasiyadan keçməyə məcbur edilirlər? Bu müayinədən keçməyi hansı qurum tələb edir: Səhiyyə Nazirliyi, yoxsa Təhsil Nazirliyi? Ümumiyyətlə, uşaqların icbari dispanserizasiyası ilə bağlı hazırlanmış Dövlət Proqramı effektli nəticə verdimi?
Картинки по запросу Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanuna əsasən, hər il şagirdlər icbari tibbi müayinədən keçirilməli və onların müayinə nəticələri dispanser vərəqində qeyd edilməlidir: "Sonra o qeydlər məktəblərə göndərilməlidir. Amma bəziləri bunu yanlış anlayaraq tibbi arayış adı ilə satırlar. Bunlar, görünür ki, ya qanundan bixəbərdirlər, ya da qanunu özləri üçün fürsət bilib, varlanmağı üstün tutmağa qərar veriblər”.
Ekspert onu da qeyd etdi ki, Təhsil Nazirliyinin məktəblilərin sağlamlıq haqqında tibbi arayış alması və bunu məktəblərə təqdim etməsi ilə bağlı hər hansı bir göstərişi yoxdur.
E.Əfəndinin fikrincə, dispanserizasiya prosesi, əslində, tam şəffaf və əsasən də məktəblərin özündə həyata keçirilməlidir: “Ancaq məktəblərdə bəzi tibbi avadanlıqların, məsələn, USM, rentgen və s. olmaması şagirdlərin məhz müvafiq poliklinkalarda müayinə olunmasına gətirib çıxarır. Bu müayinə isə dərs zamanı deyil, dərsdən sonra həyata keçirilməlidir”.
“Əgər poliklinkalarda valideynlərdən müvafiq olaraq ödəniş istənilirsə, bu, artıq yolverilməz qanun pozuntusudur. Əgər belə hallar varsa, valideynlər bu barədə Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Bakı Şəhər Səhiyyə İdarəsinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və eləcə də digər rayonların təhsil şöbələrinə müraciət etməlidirlər”, – deyə müsahibimiz vurğuladı.
Pediatr Lalə Nəzərova isə qeyd etdi ki, uşaqların icbari dispanserizasiyası, əslində, Səhiyyə Nazirliyi yox, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin istəyi ilə həyata keçirilir: “Çünki onlar il ərzində öz işlərini görüb qurtara bilmirlər, buna görə də statistik məlumatlar düzgün gəlmir. Bu səbəbdən, yəni özlərini sığortalamaq üçün məktəblərin üzərinə düşürlər. Bunu da düzgün həyata keçirmirlər”.
Pediatr uşaqların icbari dispanserizasiyasının əhəmiyyətindən də danışdı: “Əslində, bu, uşaqların sağlamlığının öyrənilməsi üçün çox düzgün metoddur, yəni yönləndirmə düzgündür. Ancaq yaxşı olar ki, şəffalıq olsun, uşaqlar düzgün yoxlanılsın, valideynlərdən pul tələb edilməsin. Əgər prosedur düzgün və şəffaf aparılsa, hər bir valideyn də uşağının sağlamlığı barədə ətraflı məlumat əldə etmiş olar”.
L.Nəzərova təklif edir ki, icbari dispanserizasiya prosesində nəcisin ümumi analizi də verilsə, yəni parazitlər yoxlanılsa, daha yaxşı olar: “Ancaq valideynlər çox vaxt pul verib uşaqda parazit aşkarlanmadığını yazdırırlar. Ola bilməz ki, məktəbdə bir uşaqda belə, parazit aşkarlanmasın. Bu, çox absurd məsələdir”.
“Elə buna görə də bir ara bütün məktəblərdə uşaqlara parazit əleyhinə pulsuz dərmanlar paylanılırdı. Bunu da özlərini sığortalamaq məqsədilə edirdilər. Hazırda müayinəyə gələn 3 uşaqdan ikisi anemiyadan (qan azlığı) əziyyət çəkir, çünki uşaqlarda parazit var”, – deyə pediatr vurğuladı.
Təəssüflər olsun ki, suallarımıza Səhiyyə Nazirliyindən cavab ala bilmədik.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2019, 17:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-12-2019, 17:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09