Maşınınız üçün etibarnaməni elə telefonunuzdan verəcəksiniz - Asanlaşmış qaydadan niyə narazı olanlar var?
Avtomobillər üçün etibarnamənin elektron qaydada verilməsini insanların çoxu xoş qarşılayıb. Yeniliyə əsasən, heç yerə getmədən telefona “myGov” tətbiqi yükləyərək yerinizdəcə istədiyiniz şəxsə etibarnamə verə bilərsiniz. Ancaq burada insanların narazılığına səbəb olan bir məqam da var. Elektron xidmətə giriş üçün tələb olunan şifrəni yalnız notariatdan almaq mümkündür. Şifrə pulsuz verilsə də, vətəndaşlar bir şifrədən ötrü notariata getməyin mənasız olduğunu hesab edirlər.
Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov Lent.az-a açıqlamasında şifrənin niyə notariatdan verilməsi qaydasına aydınlıq gətirib:
“Ölkəmizdə hələ də “myGov”a və bəzi digər elektron xidmət portallarına girişdə problemlər qalmaqdadır. Əslində etibarnamələrin elektron qaydada əldə olunması təcrübəsi istər qonşu, istərsə də başqa ölkələrdə yoxdur. Deyə bilərik ki, bu təcrübə Azərbaycanda ilkdir. Ancaq elektron xidmətdən istifadəyə başlamaq üçün şifrənin notariatdan alınması da müəyyən məqsədi daşıyır. Çünki bu qaydanın tətbiqi şifrələrin verilməsinə nəzarətin güclü olmasından irəli gəlir. Şifrələrin də elektron qaydada asan alınması təhlükəsizlik qaydalarına ziddir. Kənar şəxslərin şifrəni əldə edib istifadəsinin qarşısını almaq üçün məhz bu qayda tətbiq olunub. Bundan əlavə, şifrə yalnız bir dəfə ödənişsiz notariatdan alınır. Sonra lazım olduqda həmin şifrə ilə xidmət vətəndaşın özü tərəfindən yerinə yetirilir”.
Avtomobil eksperti Elməddin Muradlı isə ümumiyyətlə, etibarnamənin ləğvini təklif edib. O, etibarnamənin ailə dəyərlərinə zidd olduğunu vurğulayıb:
“Əslində, etibarnamə məsələsi, ümumiyyətlə, ləğv olunmalıdır. Ancaq gəlir yeri olduğuna görə Ədliyyə Nazirliyi bu sənədi ləğv etmir. Avtomobil sürülməsi üçün ailə üzvlərinin bir-birinə etibarnamə verməsi Azərbaycanın ailə dəyərlərinə ziddir. Belə çıxır ki, bir evdə ata oğula, qıza maşınını etibar etmir? Əgər səbəb oğurluqdursa, yollarda milyonlarla vəsait hesabına quraşdırılan kameralar nə üçündür? Bu, vətəndaşın problemi deyil. Məsələn, qəza olubsa, avtomobil sahibi yol polisinin ünvanına yazaraq deyə bilər ki, maşını oğlum, qızım və ya yoldaşım sürüb. İndisə bu sənədin verilməsini asanlaşdıraraq elektron qaydasını təqdim etdilər. Yaxşı, əgər mən həmin xidmətdən istifadə etmək üçün notariata gedəcəyəmsə, bunun nəyi yenilik oldu? Sözügedən yenilik o adamlara lazımdır ki, hər gün birinə maşınını sürmək üçün etibarnamə verir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb. Bundan sonra vətəndaşlar “myGov” portalı vasitəsilə günün istənilən saatında məkandan asılı olmayaraq və notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələri elektron rəsmiləşdirə bilər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-12-2019, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-12-2019, 16:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29