Musayev onları hansı maliyyə ilə elitaya qaytarır?
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Bol Idman" verilişində gələn mövsümdən "Turan Tovuz" və "Kəpəz" klublarının Premyer Liqada mübarizə aparacağını deyib. Belə olacağı təqdirdə isə çempionatımızın elitasında klub sayı 10-a çatacaq.
Lakin futbol qurumunun prezidentinin bu çıxışı heç də birmənalı qarşılanmayıb. Digər tərəfdən bu çıxış bəzi sualları ortaya çıxarıb. Görəsən, bu klubların Premyer Liqaya qayıtması üçün onlarda maddi-texniki vəziyyəti necədir? Hazırda çətin durumda olan bu klublar yüksək liqaya qayıtsa onları kim maliyyələşdirəcək? Onları da AFFA “saxlayacaq”sa, Premyer Liqada hansı rəqabətdən, hansı maraqlı oyunlardan danışa bilərik? Digər tərəfdən "Turan Tovuz"un adınını adının oyun alqı-satqısında hallandığı, 7 oyunçusunun futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulduğu bir zamanda klubun elitaya qayıtması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı “Kəpəz” klububun sabiq baş məşqçisi, icraçı direktoru Mehman Allahverdiyevlə əlaqə saxladıq. "Yeni Sabah"a danışan Gəncə təmsilçisinin sabiq rəsmisi bildirib ki, sözügedən klublar Premyer Liqaya qayıtsa, onları da AFFA maliyyələşdirə bilər:
"Klubların çoxunu AFFA maliyyələşdirir. Amma nə edəsən ki? Düzdür, sponsor olmalıdır. Əksəriyyətinin bir nöqtədən maliyyələşməsi düzgün deyil. Gərək klubların özlərinin sponsoru ola. Ona görə də çempionata maraq yüksək deyil.
Mən indi bilmirəm klub daxilində vəziyyət konkret olaraq nə yerdədir, klub buna hazırdırmı? Çünki klubda deyiləm. Ona görə də bir qədər çətinlik çəkirəm. Mətbuatda oxuyuram ki, əlavə 40 nəfər də alqı-satqıda adları çəkilir. Belə hallar xarici dövlətlərdə də olub, amma kütləvi şəkildə olmayıb. Birdən-birə gör neçə futbolçu o işi görüb. İndi araşdırma gedir. Məsələ tam dəqiq təsdiqini tapmayıb. Ola bilər ki, bir neçə nəfərə qarşı anlaşmazlıq da olsun. Düzdür, "Turan Tovuz"da çox şəxs günahlandırılır. Amma əsas liqaya gəlsələr, onların yerinə təbii ki, kimlərsə gələcək. "Turan Tovuz"un belə durumda əsas liqaya gətirilməsinin nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Amma təbii ki, yerlərinə yeniləri gələcək. Əsas liqaya gəlsələr, vəziyyət yaxşı olar".
O, "Turan Tovuz"un adı oyun-alqı satqısında keçən futbolçularından danışarkən bildirib ki, belə halların yaşanmasının əsas səbəbi maaş azlığıdır:
"Gəlin, belə danışaq. Birinci divizionda əksəriyyət cavan uşaqlardır, onlar da belə səhvlərə yol veriblər. Ola bilsin ki, 1-ci divizionda maliyyənin yüksək olmaması buna gətirib çıxardıb. Təbii, nə qədər az maaş alsalar da, bu addımı atmamalı idilər. Bu addım futbol adına ləkədir. Burada əsas günah futbolçulardadır. AFFA gedib deməz ki, gedin oyun satın. Lakin maaşların az olması oyun alqı-satqısına gətirib. Pul elə bir şeydir ki, adamı şirnikdirir.
Premyer Liqada 20000-30000 maaş alınır, gərək onda 1-ci divizionda da ən azından 1000-2000 maaş alına ki, maraq ola, belə hallar yaşanmaya. Bu futbolçularda da maraq yaradar. Amma dəqiqliklə deyə bilmərəm ki, nəyə görə bu addımı atıblar. Görünən odur ki, pula görə oyun alqı-satqısında iştirak ediblər. Bəlkə də, burada başqa oyunlar da var".
Xatırladaq ki, "Turan Tovuz" klubundan aşağıda adları qeyd olunan futbolçular oyun alqı-satqısına görə cəzalandırılıb. Onların komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub: Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay, Quluzadə Şahin.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-12-2019, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-12-2019, 13:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24