reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qaxda seçkinin taleyi həll olunub - İDDİA

reklam

Qaxda seçkinin taleyi həll olunub - İDDİA


112 saylı Qax seçki dairəsinin ərazisində yerləşən Zəyəm bələdiyyəsinin sədri, hazırda bələdiyyə üzvlüyünə namizəd Səfərov Kamil Səfər oğlu kənd camaatını təhdid edir. Zəyəm kənd sakinlərinin Qax.org.az saytına verdiyi məlumata görə, hər gün müxtəlif yerlərdə kənd camaatı ilə hədə-qorxu şəklində danışan Kamil Səfərov 23 Dekabr seçkilərində heç kimin səsverməyə getməsinə gərək olmadığını, onsuz da bələdiyyə üzvlərinin əvvəldən bəlli olduğunu deyib. Zəyəmliləri təhdid edən Kamil Səfərov Qax rayonunun icra başçısı Musa Şəkiliyevin onu “bələdiyyə sədri təyin etdiyini” (?!) və ona görə də, heç kimin səsinə ehtiyacı olmadığını deyib.

Qeyd edək ki, Kamil Səfərov Zəyəm kəndində yerli əhaliyə qarşı kobud davranışı, zəyəmlilərə məxsus torpaqların qeyri-qanuni yollarla və saxta sənədlərlə başqa adamlara satılması və digər qeyri-qanuni əməlləri ilə tanınır.

Azərbaycan ictimaiyyəti isə Kamil Səfərovu 2015-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı kəndə təşviqata gəlmiş deputatlığa namizədlə kobud davranışından sonra tanımışdı.

Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.


Paylaş:


Müəllif : Tarix:
18-12-2019, 08:40
Sikayət   


loading...
Загрузка...