reklam
Regionxeberlericom.az » Cəmiyyət » Oqtay Əliyev Kərimi məhkəməyə verdi

reklam

Oqtay Əliyev Kərimi məhkəməyə verdi


Tanınmış prodüser Oqtay Əliyev müğənni Kərim Abbasovu məhkəməyə verib. O, sənətçi tərəfindən ailə üzvlərinin şərəf və ləyaqətinin alçaldıldığını iddia edib.

Bu gün ilk iclas baş tutub və hakim işi məhkəmə icraatına götürməkdən imtina edib. Həmçinin, K. Abbasov instaqramda mövzu barədə status yazıb:

“Erməni kəliməsinə görə məni məhkəməyə vermişdi. Qəribəsi bundadır ki, əgər, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Oqtay müəllim, yazdığım sms-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da (Əməkdar artist Dilarə Əliyeva) doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz – sazan ayrı, pazan ayrı. Qardaşınızla (aparıcı Elçin Əlibəyli) aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”.

Qeyd edək ki, Kərimlə aparıcı E. Əlibəyli arasında uzun müddətdir qalmaqal yaşanır.


Paylaş:


Müəllif : Tarix:
18-12-2019, 15:16
Sikayət   


loading...
Загрузка...