Danimarkada 5,3 milyon avro mükafat alan azərbaycanlı həkim: - "Pulu elmi işlərə sərf edəcəm"
Nüfuzlu Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülən Dünya Baş Ağrıları Cəmiyyətinin sədri, Danimarkada yaşayan azərbaycanlı həkim, professor Məsud Aşinanın “Report”a müsahibəsi:
- Məsud bəy, uzun müddətdir ki, Danimarkada yaşayır və fəaliyyət göstərirsiniz. Necə oldu ki xaricə getmək qərarına gəldiniz?
- Mən 1965-ci ildə Bakıda doğulmuşam, bakılıyam. 20 nömrəli məktəbdə təhsil almışam. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra qərara gəldim ki, ya Avropaya, ya da Amerikaya gedib işləyəcəm. Tələbəlik illərindən də nevrologiyaya marağım vardı. Fikirləşdim ki, Avropa və ya Amerikada elmi işlə məşğul olmaq üçün daha çox imkanlar var. Elə o zaman yolum, tam təsadüf nəticəsində Danimarkaya düşdü. Yəni, mənim Danimarkaya köçmək planım yox idi. 1989-cu ildə kiçik qardaşımla birlikdə - ikimiz Danimarkaya köçdük və qardaşım Kohenhagen Tibb Universitetində təhsil almağa başladı. Mən də öz diplomumu təsdiq etdirmək üçün 4 imtahan verdim və sonra işləməyə başladım. Karyeram da buradan başladı. İnternaturadan sonra 4 ilimi baş ağrı mövzusunda elmi işlərə həsr etdim. Yazdığım iki dissertasiyanın birini 2000-ci ildə, digərini 2003-cü ildə müdafiə etdim. Sonra urologiya sahəsində rezidenturanı bitirəndən sonra uroloq oldum. 2006-cı ildə, təxminən, dosent səviyyəsində professor müavini işlədim. 2014-cü ildən isə professoram.
- Bəs niyə Azərbaycana qayıtmadınız?
- İşlərim hamısı alındı deyə daha Azərbaycana qayıtmadım. Həm də mən artıq Danimarkada fəaliyyətə başlamışdım və məni gələcəkdə üzərində işləyəcəyim elmi işlər gözləyirdi. Fəaliyyətim artıq orada davam edir.
- Azərbaycana tez-tez gəlib-gedirsiniz?
- Mən Azərbaycana tez-tez gəlirəm. Hər dəfə gələndə vaxtdan asılı olaraq mühazirələr də oxuyuram. Mənim burada çox yaxşı əlaqələrim var.
- Bəs, Bakıda yaşayan qohumlarınız varmı?
- Əlbəttə, mənim qohum-əqrəbamın əksəriyyəti Bakıda yaşayır. Eyni zamanda, burada dostlarım yaşayır. Ona görə tez-tez gəlməyə məcburam.
- Məsud bəy, 30 ildir Danimarkada yaşayırsınız. Orada Azərbaycan diasporu varmı? Siz azərbaycanlı olaraq bu ölkədəki həmyerlilərimizin durumunu necə qiymətləndirirsiniz?
- Danimarkada çox fəal Azərbaycan diasporu var. Azərbaycan üçün əlamətdar günlərdə, bayramlarda Azərbaycan diasporunun nümayəndələri tez-tez bir araya toplaşır və birlik nümayiş etdirirlər. Görüş yerlərimizdən biri də azərbaycanlıların toylarıdır.
- Bəs, sizin fikrinizcə Danimarkadakı azərbaycanlı gənclərin fəaliyyəti hansı səviyyədədir?
- Danimarkada yaşayan azərbaycanlı gənclər daha fəaldırlar. Onlar cəmiyyətə daha çox inteqrasiya ediblər və mən inanıram ki, onların səsi Azərbaycana da gəlib çatacaq. Onların fəaliyyəti Azərbaycan üçün də xeyirli olacaq. Çünki onlar Danimarkada doğulsalar belə, Azərbaycana bağlıdırlar. Mən öz oğlumun simasında da bunun şahidi olmuşam. Çünki bu gənclər Azərbaycanı və azərbaycanlıları sevirlər.
- Doktor, hazırda dünyada nevrologiya sahəsində vəziyyət necədir?
- Nevrologiya çox böyük bir hərəkətdədir. Bu gün insanlar daha çox yaşayır. Gələcəkdə bu da çox böyük problemlərə yol aça bilər. Çünki çox yaşayanda neyrodeqenerativ xəstəliklər daha da çoxalacaq. Bu xəstəliklər qoca insanlarda əmələ gəlir. Ona görə dünyanın böyük şirkətləri bu məsələ ilə ciddi məşğuldurlar və həmin xəstəliklərin qarşısının alınması üçün təbii dərmanlar tapmaq istəyirlər. Çünki bu, böyük bir problemdir. Ona görə də nevrologiya sahəsi dünyada çox əhəmiyyətli sahədir.
- Bəs Azərbaycanda vəziyyət necədi? Nevrologiya sahəsində çalışan alim və həkimlər dünyadakı yeniliklərlə ayaqlaşa bilirlərmi?
- Azərbaycanda da çox gözəl nevroloqlar var. Mən bu dəfə Bakıya gələn kimi ilk olaraq gənc nevroloqlarla görüşdüm və ilk müzahirəni oxudum. Sevindirici haldır ki, Azərbaycanda bu sahədə işləyən gənclərin potensialı böyükdür. Gənclərimiz çox ağıllı və savadlıdırlar.
- Azərbaycanlılar bir çox hallarda müalicə üçün xaricə üz tuturlar. Buna birmənalı yanaşma yoxdur. Bəziləri hesab edir ki, bu, bütün dünyada gedən prosesdir, digərləri isə düşünürlər ki, Azərbaycanda həkimə inam olmadığına görə vətəndaşlarımız müalicə üçün xarici gedirlər. Siz bunu necə qiymətləndirirsiniz?
- Əslində elə deyil, sadəcə olaraq Azərbaycanda müalicə üçün xaricə getmək bir trendə çevrilib. Mən hesab edirəm ki, bu, bir fobiyadır. Axı Azərbaycanda istənilən tibb sahəsi üçün çox savadlı mütəxəssislər var. Bilirsiniz ki, mənim böyük təcrübəm var və hər dəfə Azərbaycandakı tanıdığım həkimlərlə görüşəndə 5 dəqiqə ərzində onların hansı potensiala sahib olduğunu müəyyənləşdirə bilirəm. Ən əsası odur ki, bizim azərbaycanlı həkimlərimiz geridə qalmırlar və daim öz üzərlərində işləyirlər. Ona görə də hesab edirəm ki, müalicə üçün xaricə getməyə ehtiyac yoxdur, buradakı həmkarlarımız kifayət edər.
- Bəs Danimarkada hər hansı şəxs müalicə üçün xarici ölkələrə gedirmi?
- Yox, bizdə elə şey yoxdur (gülür).
- Sizin Azərbaycanda yaxın qohumlarınıza məsləhət gördüyünüz həkimlər varmı?
- Mənim qohum-əqrəbalarım bəzən mənə zəng edib deyirlər ki, filan sahəni bilən həkim lazımdır. Kimi məsləhət bilirsiniz? Mən də dərhal yönləndirirəm. Çünki mənim Azərbaycanda peşəkarlığına, savadına güvəndiyim həkimlər var. Yönləndirdiyim qohum-əqrəbalarımız hamısı razı qalıblar.
- Məsud bəy, siz nə vaxtsa Azərbaycana gəlib burada həkim kimi fəaliyyət göstərmək istərdinizmi?
- Açığı deyim ki, belə bir planım yoxdur. Çünki mənim böyük bir işçi qrupum var. Biz həm də 5 illik planlar üzrə fəaliyyət göstəririk. Bu planlar üzrə o qədər görüləsi işlər var ki, inanın, vaxtımız yoxdur. Mən Bakıya gələndə heç vaxt müraciət edən xəstəyə baxa bilmirəm. Təbii ki, mühazirə üçün xəstəliyi izah edərkən praktiki olaraq hər hansı xəstənin üzərində müşahidələr apara bilərik. Amma bu, sırf bizim elmi fəaliyyətimizə bağlıdır. Yəni, elə vaxtım yoxdur ki, burada müraciət edən xəstələri müayinə edim.
- Bu yaxınlarda Danimarkada 5,3 milyon avro məbləğində mükafat almısınız. Gözləyirdinizmi? Bunu necə qarşıladınız?
- İlk olaraq, onu deyim ki, bu mükafat yalnız Danimarkada verilir. Hər bir professor da çalışdığı sahə üzrə nominasiyasını müsabiqəyə təqdim edə bilir. Bu, böyük bir prosesdir. Eyni zamanda, bu qrant yalnız professorlara verilir. Bu dəfə bu mükafata sahib olmaq üçün də 53 namizəd vardı. Hər bir namizədin toplanan bütün sənədləri beynəlxalq səviyyədə təsdiq edilməlidir. Hər bir professor üçün 3 nəfər lisenziya yazır. Namizədlər lisenziya yazanların kimlikləri barədə heç bir məlumata malik deyillər. Çünki bu, anonim olur. Lisenziyaya verilən cavab müsbət olarsa, namizəd müsahibəyə çağırılır. Mən də bütün proseslərdən uğurla keçdikdən sonar bu ilin noyabrın 5-də müsahibəyə çağırıldım. Beynəlxalq münsiflər heyətinin iştirakı ilə müsahibədən uğurla keçdim. 53 nəfər namizəddən yalnız 16-sı müsahibəyə dəvət almışdı. Onlardan da yalnız 6-sı mükafata sahib oldu.
- Mükafat alan digər 5 alimlə tanışsınızmı?
- Onların birini çox yaxşı tanıyıram. Həmin professorla bizim aramızda işbirliyimiz olub. Onun çox maraqlı elmi işləri var. O, beyində xərçəng xəstəliyini və onun diaqnostikasını daha dəqiq araşdırmaqla məşğuldur.
- Bəs, mükafatı necə istifadə etməyi qərarlaşdırmısınızmı?
- Bu vəsaitin hamısı elmi işlərə sərf olunacaq. 6 illik proqram çərçivəsində görüləcək işlər var və onlara xərclənəcək. Bu mükafat məni həm də ona görə sevindirir ki, qrupumuzun üzvlərinin sayını genişləndirmək və onların maaşlarını vermək imkanımız olacaq. Yəni maliyyə elmi fəaliyyətin həyata keçirilməsinə sərf olunacaq. Bu, fərdi bir mükafat deyil. Bu, sadəcə olaraq çox böyük prestijli bir qrant layihəsidir. Bu məbləğdə mükafat ilk dəfədir ki, miqrenə verilir. Belə bir qranta layiq olmaq məni çox sevindirir.
- Necə düşünürsünüz: Sizin Nobel almaq şansımız varmı?
- Kimlərinsə mənim Nobel mükafatına layiq görülməyimi arzu etməsi mənə stimul verə bilər. Amma bir alim kimi deyə bilərəm ki, insan Nobel mükafatı almaq üçün çalışıb alim olmur. O proseslər öz-özünə gəlir. Təbii ki, mükafat - gördüyün işə dəyər vermək deməkdir, bu stimul ola bilər.
- Məsud bəy, bayaqdan fikir verirəm, həm konfrans, həm də müsahibə ərzində tez-tez su içirsiniz. Bu bir vərdişdir, yoxsa tibbi əsası var?
- Su içmək insan sağlamlığı üçün mühüm qidadır. Bilirsiniz ki, mən baş ağrıları ilə məşğulam. Hər zaman xəstələrimə tövsiyə edirəm ki, çox su içsinlər. Çünki az su içmək bu cür xəstəliklərin müalicəsinin qarşısını ala bilər. Fərqi yoxdur ki, soyuq və ya isti olsun. Əsas odur ki, normal temperaturda olsun.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2019, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2019, 17:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16