BNA Prezidentin fərmanını niyə icra etmir?
“İTV-nin “Sabahın xeyir” proqramında çıxış edən BNA sözçüsü Mais Ağayev bir daha təsdiqlədi ki, hazırda Bakı şəhərindəki bütün “parkovka” yerləri pulsuzdur. Əgər kimlərsə pul yığırsa, bu, qanunsuzdur və pul yığanların BNA-ya aidiyyatı yoxdur. Ona görə pulsuzdur ki , bununla bağlı proseduralar və tariflər təsdiqlənməyib. Real vəziyyət isə elədir ki , bütün pakovkalarda pul yığılır”.
Bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. O, parklanma yerlərində avtomobil sahiblərindən qanunsuz olaraq pul yığılmasını belə şərh edib:
“Bir neçə gün öncə də mən “parkovka”ların, ümumiyyətlə yol hərəkətinin tənzimlənməsi ilə bağlı ötən il imzalanan Prezident fərmanının müvafiq bəndlərinin indiyədək də icra olunmadığını yazmışdım.
Maraqlıdır, dövlət nümayəndəsi açıq-aşkar bildirir ki, Prezidentin fərmanını icra edə bilmirik. BNA rəsmisi bildirir ki, Prezident fərmanının icrası ilə bağlı, “parkovka” yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə (NK) müraciət edilib. Lakin NK hələlik bununla bağlı hər hansı addım atmayıb.
O da maraqlıdır ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi sistemini tez bir zamanda qura bilirlər və dərhal da icrasına başlayırlar. Yəni, Prezidnet fərmanının bu hissəsi dərhal icra edilib. Amma qanuni parklama üçün BNA həmin fərmanla ona verilən səlahiyyətlərini yerinə yetirə bilmir, normal bir elektron sistem qurulmur və ya kimlərsə buna imkan vermirlər.
Əslində isə bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.
Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın, görünür ki, onların NK-ya təsir imkanları da yetərincədir və hər gün toplanan qanunsuz vəsaitlər də bu maraqlı şirkətlərin cibinə gedir.
Dövlətin qanuni strukturu qalıb kənarda, amma Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı olduğu bildirilən hansısa bir şirkət uzun müddətdir ki, qanunsuz olaraq fəaliyyətini davam etdirir.
Ümid edirəm Prezident Administrasiyasının Dövlət Nəzarəti strukturu baş verənlərin fərqindədir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-12-2019, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-12-2019, 14:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48