Əlil arabası almaq istəyənlərə ŞAD XƏBƏR
"Ötən illər ərzində Protez-Ortopedik Bərpa Mərkəzində təmir getməsinə baxmayaraq, mütəmadi olaraq vətəndaşlara xidmət göstərilib. Təmir bitdikdən sonra bu xidmət səviyyəsinin daha da artırılması gözlənilir".
APA-nın məlumatına görə, bunu Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov bildirib. Onun sözlərinə görə, təmirdən əvvəl il ərzində Mərkəzə 13-14 min müraciət olurdusa, növbəti dövrdə il ərzində ən azı 15-16 min vətəndaşa xidmət göstərilməsi gözlənilir: “Bundan əlavə, səyyar xidmətlərimiz də mütəmadi təşkil olunur. İl ərzində 800-900 insana səyyar xidmət göstərmək potensialımız var. Göstərilən xidmət nəticəsində il ərzində müraciət edən vətəndaşlara 35 mindən çox bu və ya digər reabilitasiya vasitələri verilib. Mərkəzin tarixində ilk dəfə olaraq 2000 nəfərə yaxın adam əlil arabası ilə təmin olunub ki, bu da əlil arabası almaq üçün növbəliliyi tam aradan qaldırıb. Yəni, bundan sonrakı dövrdə əlil arabasına müraciət edən şəxslər elektron sistem təyin olunduqdan dərhal sonra əlil arabası ilə təmin olunacaqlar. Eşitmə cihazlarının təmin olunması üçün vətəndaşların bilavasitə mərkəzə müraciət etmələri vacibdir. Çünki eşitmə cihazları hər bir vətəndaş üçün individual olaraq təyin olunur. Protez məmulatlarının da analoji olaraq hazırlanması burada həyata keçirilir. Bu vasitələrin vətəndaşlara ünvanlarında çatdırılması məqsədəuyğundur".
Mərkəzin direktoru deyib ki, bundan sonra təkmilləşməyə daha çox diqqət ayrılacaq: "Yəni, daha funksional protezlərin hazırlanmasını həyata keçirmək istəyirik. Hazırda vətəndaşları təmin etdiyimiz aşağı ətraf protezləri 40-50% insan orqanının funksiyalarını əvəz edə. Növbəti etapdan sonra hazırlanacaq protezlər bu faizi 20-30 faiz artıracaq. Yəni bu protezlər 60-70, bəzi hallarda isə 80 faizə qədər insan orqanının funksiyasını yerinə yetirə biləcək. BBUndan əlavə, karbon plastik ayaqların və silikon içlikli protezlərin hazırlanması daha da təkmilləşdiriləcək. Bununla bağlı növbəti aylarda uzun illərdir əməkdaşlıq etdiyimiz Almaniyanın "Ottobock" şirkəti ilə treninqlərin təşkil olunması planlaşdırılıb".
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2019, 14:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-12-2019, 14:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48