İsgəndər Həmidova qoyulan diaqnoz açıqlandı: 6 XƏSTƏLİK - FOTO
“Xeyli zamandır dostumuz, sabiq daxili işlər naziri, general İsgəndər Həmidov barəsində sosial şəbəkələrdə əsassız söz-söhbətlər gedir. Tam səmimiyyətlə bildirirəm ki, bu söhbətlər ya məlumatsızlıqdan, ya da qəsdən yayılır. Qəsdən edilən bəyannamələrlə işim yox, səmimi yanılan dostlara faydalı ola biləcək bilgilər çatdırmaq istərdim”.
Modern.az-ın məlumatına görə, bunu tanınmış həkim Asil Qeybulla İsgəndər Həmidovla bağlı yayılan söz-söhbətə son qoymaq üçün bildirib.
Adil Qeybullanın sözlərinə görə, xeyli vaxtdır İsgəndər bəyin səhhətindəki ağır problemlərlə əlaqədar onun uzunmüddətli müalicəsinin təqibi ilə məşğuldur:
“İsgəndər bəy əvvəlcə Bakıda müayinə olundu, xəstəliklərinin çoxluğu və sonrakı uzunmüddətli və mürəkkəb reabilitasiya zərurətini nəzərə alaraq, Türkiyə Cümhuriyyətinə getməsi qərara alındı. Öncə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində hərtərəfli müayinə olundu və diaqnoz qoyuldu: Ürəyin xroniki işemik xəstəliyi, gərginlik stenokardiyası, xroniki pielonefrit, böyrəklərin solitar sistləri, yoğun bağırsağın polipi, prostat vəzin xoş xassəli adenoması.
Mərhələli əməliyyatlar məsləhət görüldü. Müalicə xərcləri xeyli baha olduğundan İsgəndər bəy Bursa şəhərinə gedəsi oldu. Bursada mərhələ ilə ürəyin açıq koranar bypass əməliyyatı, prostat TUR adenomektomiya əməliyyatı, böyrəklərin endoskopik kistektomiya əməliyyatı və yoğun bağırsağın rezeksiyası-anastomoz qoyulması kimi yaşı və səhhəti üçün ciddi olan əməliyyatlar keçirəsi oldu. Qeyd etməyi zəruri hesab edirəm: həmin söz-söhbətlər yayılanda o, Bursa şəhərində reanimasiyada müalicə alırdı, mən onun yanında olan qaynı Kamran ilə əlaqə saxlayırdım. Nəhayət, əməliyyatlardan sonra xeyli müddət reanimasiyada qalası oldu və bu günlərdə vətənə qayıtdı. Hazırda “City hospital”da müalicə alır. İsgəndər bəyin ağrı-acılarına rəğmən ruhən güclü imici çoxlarını yanıldır, əsassız söhbətlər yayılır. Məlumat yayarkən onun səhhətinin xeyli problemli olduğunu nəzərə almalarını xahiş edirəm”.
Adil Qeybulla aşağıdakı şəklin nümayişinin həkim etikasına zidd olduğunu desə də, “söylədiklərimin təsdiqi kimi onları sizə təqdim etməyi məqsədəuyğun sayıram” söyləyib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-12-2019, 23:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-12-2019, 23:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Dünən, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Dünən, 08:54
Səbail icra başçısının bələdiyyə əməliyyatı: Vüqar Zeynalov biznesmenlə niyə anlaşıb? – VİDEO
Dünən, 08:52