reklam
Regionxeberlericom.az » Cəmiyyət » Putinə verdiyi sual xanım jurnalisti işindən etdi - Kremldən açıqlama

reklam

Putinə verdiyi sual xanım jurnalisti işindən etdi - Kremldən açıqlama


Prezident Vladimir Putinin mətbuat konfransından sonra Yamal-Region TV müxbirinin işdən çıxarılması redaksiyanın daxili işidir.

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Putinin mətbuat konfransında verdiyi sualdan sonra işdən azad edilən Alisa Yarovskaya ilə bağlı açıqlamasında deyib.
Peskov bildirib ki, səlahiyyətlilər bu haqda söz-söhbətdən xəbərdardır, ancaq vəziyyətin təfərrüatlarını bilmirlər və jurnalistin yazdığı fikirləri də nə eşidib, nə görüblər.

Xatırladaq ki, "Yamal-region”un jurnalisti Alisa Yarovskaya dövlət başçısının son mətbuat konfransında Vladimir Putinə Ob üzərindən salınacaq körpü ilə bağlı sual verdikdən sonra işdən çıxarılıb.

Lakin kanaldakı bəzi mənbələrin bildirdiyinə görə, Yarovskaya işdən Putinə verdiyi suallara görə deyil, qubernator Dmitri Artyuxova yaltaqlandığı və eləcə də Yamal bölgəsindən olan həmkarı Andrey Jijinin əlindən mikrofonu aldığı üçün çıxarılıb.


Paylaş:


Müəllif : Tarix:
24-12-2019, 15:53
Sikayət   


loading...
Загрузка...