Azərbaycanda korrupsiya həbsləri davam edəcək... - “Heç kimə güzəşt olunmayacaq…”
Qanunsuz əməlləri ilə xalqı cana doyuran məmurların cəzalandırılması davam edəcək.
regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, siyasi şərhçilər Prezident İlham Əliyevin telekanallara müsahibəsində icra başçılarının həbsinə toxunarkən səsləndiridiyi fikirlərdən bu qənaətə gəliblər.
Ölkə başçısı bu məsələ barədə danışarkən bəyan edib ki, icra başçılarının həbsindən ibrət götürülməlidir.
“Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara.
O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun”, -deyə Prezident vurğulayıb.
Ekspertlərin fikrincə, artıq idarəetmədə yeni dönəmin başladığı barədə səsləndirilən fikirlərin əsassız olmadığı təsdiqini tapır. Azərbaycanda ilk dəfə olaraq icra başçısı rüşvət və korrupsiyaya görə iş başında həbs edilir və bunun ardınca Prezident səviyyəsində bu cür məmurların əməlləri vicdansızlıq kimi qiymətləndirilir, eyni zamanda belə hallara qarşı ciddi mübarizə aparılacağı bildirilir.
Ötən dəfə məlumat vermişdik ki, hazırda bir sıra icra hakimiyyətlərində yoxlamalar aparılır. Bu yoxlamaların nəticəsi olaraq daha bir neçə məmurun cəzalandırılacağı gözlənilir. Bütün bunlar Prezidentin başlatdığı islahatlar kampaniyasının yeni mərhələsi kimi dəyərləndirlir və görünən budur ki, bu mərhələdə heç kimə güzəşt olunmayacaq.
Siyasi ekspertlər hesab edir ki, Prezidentin telekanallara müshibəsi məmurlara ciddi siqnaldır və onlar məsələnin kifayət ciddi olduğunun fərqində olmalıdırlar. Əks təqdirdə Nizaməddin Quliyevin aqibətini yaşaya bilərlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2019, 16:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-12-2019, 16:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48