Bu seçki dairələrində “qırğın düşəcək”...
2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkiləri maraqlı mübarizə vəd edir.
Tanınmış jurnalistlər, iqtisadçılar, bitərəf deputatlar, ictimai fəal gənclər öz iddialarını ortaya qoyurlar...
Hələ hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizəd siyahısı açıqlanandan sonra hansı seçki dairəsində gərgin mübarizənin gedəcəyi bir qədər də aydınlaşacaq.
Amma YAP-ın siyahısı açıqlanmasa belə, bəzi dairələr indidən diqqət çəkir. Bu da iddialı namiəzdlərin eyni yerdən namizədliyini irəli sürməsilə bağlıdır.
Bu dairələrə nəzər yetirəndə “iki qoçun başı bir qazanda qaynamaz” məsəli yada düşür...
"Yeni Sabah" maraqlı mübarizə gözlənilər dairələrin siyahısını təqdim edir...
Müsavat başqanı Arif Hacılı ilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 15 saylı Yasamal birinci seçki dairəsində üz-üzə gələcək. Hər ikisi müxalifətdə təmsil olunur.
İki tanınmış jurnalist - Zahir Əzəmət və Ceyhun Musaoğlu 45 saylı Abşeron seçki dairəsində yarışacaq.
V çağırış Milli Məclisin deputatı Musa Qasımlı və sabiq deputat - Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı eyni dairədən namizədliklərini irəli sürüblər. Hər iki namizəd 72 saylı Yardımlı – Masallı seçki dairəsində mübarizə aparacaq.
Tanınmış jurnalist Aygün Muradxanlı V çağırış Milli Məclisin deputatı Eldar Quliyevə rəqib olmağa hazırlaşır. Onların hər ikisinin Bakı kəndlərindən olduğunu nəzərə alsaq, 28 saylı Sabunçu üçüncü seçki dairəsində maraqlı mübarizəyə şahidlik edəcəyik.
35 saylı Xətai 3-cü seçki dairəsində isə “həngamə” qopa bilər. Belə ki, “Yeni Müsavat Media Qrupu”nun rəhbəri Rauf Arifoğlu Ümid Partiyasının sədri İqbal Ağazadə ilə üz-üzə gələcək. İndi köhnə dostların bir ümidi var. O da seçkilərdə deputat seçilmək. Kimin qalib gələcəyinə isə xalq səs verəcək.
Bu arada, V çağırış Milli Məclisin deputatı Araz Əlizadə də 35-ci dairədən namizədliyini verəcəyini açıqlayıb. Deməli əsl qırğın olacaq. /modern.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-12-2019, 20:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-12-2019, 20:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48