Azərbaycanda hava anomal keçir - Rəsmi açıqlama

Bu ilin dekabr ayında Azərbaycanda hava anomal isti keçir.
regionxeberlericom.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir: "Havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir".
U.Tağıyeva qeyd edib ki, son 20 ildə 2003-cü ilin 18 dekabr tarixində 22,5 dərəcə qeydə alınıb və bu da rekord göstəricidir: "Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub. Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına (76-115%) yaxın olub".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB