reklam
Regionxeberlericom.az » Cəmiyyət » FHN-in SABİQ İDARƏ RƏİSİ DEPUTATLIĞA NAMIZƏD OLDU – Qeydiyyata alındı

reklam

FHN-in SABİQ İDARƏ RƏİSİ DEPUTATLIĞA NAMIZƏD OLDU – Qeydiyyata alındı


Hazırda ölkədə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə hazırlıqlar davam edir. Dairələr üzrə namizədliklərini verən deputatlığa iddialılar imza vərəqələrini doldurmaqla məşğuldurlar.

Artıq imza vərəqlərini dairələrə təqdim edərək, namizədliklərini qeydə aldıranlar da var. Bunlardan biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olan Muradov Raqif Murad oğludur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışmış Raqif Muradov əslən İmişlidəndir

Vaxtilə mərhum prezident Heydər Əliyevin Seçki Qərargahının üzvü olmuş, Prezedent İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Raqif Muradov respublika üzrə ilk qeydə alınan namizədlərdən biridir.

Qeyd edək ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Muradov Rüfət Ehtiram oğludur. Onun haqqında internet resurslarında araşdırma aparsaq da, heç bir bilgiyə rast gəlmədik.


Paylaş:


Müəllif : Tarix:
28-12-2019, 15:41
Sikayət   


loading...
Загрузка...