Ekspertdən həyəcan təbili: - Bu, aztəminatlı ailələr üçün çətinliklər yarada bilər
Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir.
Bu barədə iqtisadçı Vüqar Bayramov paylaşım edib.
Onun sözlərinə görə, məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq:
“Məhz bunu nəzərə alan CESD, beyin mərkəzi olaraq kirayə mənzillərə müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər göstərir ki, kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr, qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər.
Şərtlərə əsasən, müraciətçilər kredit tarixçəsinə görə üç yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O, vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur”.
V.Bayramov bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün bir sıra təkliflər irəli sürüb:
“Təklif edirik ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən də sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi əksər hallarda vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. O baxımdan biz müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin”.(oxu)
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2019, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-12-2019, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09