reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bayramqabağı mənim üçün ikiqat sevincdir” - TƏBİB-in yeni mətbuat katibi

reklam

“Bayramqabağı mənim üçün ikiqat sevincdir” - TƏBİB-in yeni mətbuat katibi


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Rəvanə Əliyeva qurumun mətbuat katibi təyin olunub.

Təyinatla bağlı təəssüratlarını Modern.az-la bölüşən R.Əliyeva etimada görə rəhbərliyinə təşəkkür edib:

“Çox böyük etimaddır. Bayramqabağı mənim üçün ikiqat sevincdir. Bundan əvvəl media nümayəndələrilə sıx əməkdaşlıq etmişik. Bundan sonra bu əlaqələri daha da genişləndirəcəyik”.

R.Əliyeva təbriklərə və dəstəyə görə bütün həmkarlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, R.Əliyeva buna qədər Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə uzun müddət müxtəlif qurumlarda fəaliyyət göstərib.


Paylaş:


Müəllif : Tarix:
30-12-2019, 10:55
Sikayət   


loading...
Загрузка...