reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Əhalini kütləvi cərimələr gözləyir” - Şok açıqlama

reklam

“Əhalini kütləvi cərimələr gözləyir” - Şok açıqlama


“Daşınmaz əmlakın icbari sığortası haqqında” qanunun tətbiqinə moratorium (ləngitmə, təxirəsalma) qoyulmalı və ya onun icrası dayandırılmaldır. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığa gətirib çıxara bilər”.
Bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

İqtisadçı bildirib ki, Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanun yanvarın 1-dən tətbiq olunmağa başlayıb:

“Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır. Bir illik icbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə (469.1-ci maddə) əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə 30 manat təşkil edir. Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq.

Hazırda 22 sığorta və təkrarsığorta şirkətini fəaliyyət göstərir. Ölkədə 2019-cu ilin oktyabr ayının 1-ə olan məlumata görə, mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 205 1330-a çatır. Bu isə o deməkdir ki, daşınmaz əmlakın sığortası bütün şirkətlər üzrə bərabər paylanarsa, hər bir şirkətə orta hesabla 93 242 sığorta müqaviləsi imzalamaq lazımdır. Qısa zaman ərzində bu qədər müqaviləni imzalamaq üçün infrastruktura və işçi potensialına malik olmayan sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər”.

Q.İbadoğlu təklif edir ki, kütləvi cərimələnmə hallarının qarşısını almaq üçün sığorta müqaviləsinin “on-line” müraciət sistemi yaradılmalıdır:

“İnternet üzərindən həyata keçirilən sifarişlər qısa zamanda icra olunmaqla daşınmaz əmlakın icbari sığortasına dair şirkətlər tərəfindən imzalanan müqavilələr qarşı tərəfə poçt vasitəsilə çatdırılmalıdır. Təklif edirəm ki, bu sistem qurulanadək “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanunun tətbiqi təxirə salınsın. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər. Çünki şirkətlərin korporativ maraqlarını təmin edən bu qanun qısa bir zamanda ev təsərrüfatlarının xərclərini 80 milyon manatdan çox artıra bilər”.


Paylaş:


Müəllif : Tarix:
2-01-2020, 18:18
Sikayət   


loading...
Загрузка...