reklam
Regionxeberlericom.az » Cəmiyyət » Araz Ağalarov pensiyaların azlığından dəhşətə gəlib

reklam

Araz Ağalarov pensiyaların azlığından dəhşətə gəlib


Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov Rusiyada maaşların və pensiyaların azlığından dəhşətə gəlib.
Oliqarx “Forbes”ə müsahibəsində bu haqda danışıb. Onun sözlərinə görə, rusiyalıların gəlirləri o qədər aşağıdır ki, belə vəziyyətdə ÜDM-in əhəmiyyətli artımına nail olmaq mümkün deyil. Çünki istehsal olunan malları satmağa istehlakçı yoxdur.

“Bu gün ölkədə orta aylıq pensiya 200 dollar həndəvərindədir, bəzilərində hətta daha aşağıdır, orta aylıq əmək haqqı da aşağıdır”,-Ağalarov Rusiya iqtisadiyyatını və biznesini 2020-ci ildə nələrin gözlədiyi haqda suala cavabında bildirib.

Milyarder Rusiyada vergi inzibatçılığının yaxşı işlədiyini bildirib, deyib ki, vergi yığımı artır, amma vergilər özü kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, əgər əvvəllər vergilərin artmasını vergi ödənişlərindən qismən yayınmaqla kompensasiya etmək mümkün olurdusa indi bu, “demək olar mümkün deyil”.

Ağalarovun fikrincə bu il hamı başa düşəcək ki, indiki vergi səviyyəsini saxlamaq mümkün deyil və nəsə etmək lazımdır. Və buna nə qədər tez diqqət yetirsələr o qədər yaxşı olardı.


Paylaş:


Müəllif : Tarix:
3-01-2020, 09:37
Sikayət   


loading...
Загрузка...