reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 4 yanvar

reklam

Bürclər- 4 yanvar


Qoç - həyat potensialı aşağıdır. Lakin yük də o qədər çox deyil. Yaxın səfərlər planlaşdırmaq olar. Böyük səyahətlərə başlamaq üçün isə əlverişli gün deyil. Görüşlər üçün münasib gündür. Lakin yeni tanışlıqlara yox, az-çox tanıdığınız adamlara üstünlük verməyiniz məsləhətdir. Ailə işləri ilə məşğul olmaq olar. Lakin nəzərdə saxlayın ki, müxtəlif nəsillərin nümayəndələrinə bir-biriləri ilə dil tapmaq çətin olacaq.

Buğa - günün emosional fonu sabit deyil. Əsəb sisteminə ağır yük özünüzü pis hiss etməyinizlə nəticələnə bilər. Stresə qarşı masaj seansları və ya SPA prosedurlarından istifadə etmək olar. Od bürcləri - Qoçlar, Oxatanlar və Şirlər isə istisnadır. Fiziki iş və idmanla məşğul olmaq onlar üçün faydalıdır.

Əkizlər - sizi daha bir uğurlu gün gözləyir. Maliyyə perspektivləri əlverişlidir. Gəlirlərinizin əhəmiyyətli dərəcədə artmasına və daha yüksək maaşlı işə keçməyə nail ola bilərsiniz. Layihələrinizi dəstəkləməyə, sizin biznesinə vəsait qoymağa hazır olan adamlar ortaya çıxacaq. 
Sizin uğura inamınız sarsılmazdır. Gün uşaqlarla ünsiyyət üçün əlverişlidir. Sevdiyiniz şəxlə görüş çoxlu xoş dəqiqələr bəxş edəcək.

Xərçəng - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmayacaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.

Şir - gün çətinliklər gətirəcək, baş çıxarmaq mümkün olmayan şərait yaranacaq. İşdə və evdə münaqişələr mümkündür. Münaqişələrə bilmədən şərait yaradırsınız - beyninizə gələni danışırsınız və insanlar nədənsə inciyirlər. Həssas və kövrək insanlarla ünsiyyət çox çətindir. 
Günün ikinci yarısında özünüzü rahat hiss etməyə başlayacaqsınız. Bu zaman bütün anlaşılmazlıqlar üzə çıxacaq, əvvəllər eyhamlarla kifayətlənən şəxslər açıq danışmağa başlayacaqlar. Bundan sonra planlar cızmaq olar.

Qız - günün əhəmiyyətli hissəsini kifayət qədər maraqsız və sevmədiyiniz işə sərf etməli olacaqsınız. Nə etmək olar? Bəzən zövqümüzə uyğun olmayan işlərlə məşğul olmaq lazım gəlir. Pis olan odur ki, həm vəziyyətə, həm də ətrafdakılara hirslənirsiniz. Siz olan yerdə vəziyyət gərginləşir. Sizinlə yanaşı dayanmaq da çətindir. 
Yaxın adamla açıq söhbətdən sonra vəziyyət bir qədər dəyişəcək. Siz sakitləşəcək və gələcəyə böyük nikbinliklə baxmağa başlayacaqsınız. Ən azı, sizə artıq elə gəlməyəcək ki, tezliklə hansısa faciə baş verməlidir.

Tərəzi - sizi çox şey vəd edən əla gün gözləyir. Səfərlər, istirahət və əyləncə ilə bağlı çoxdankı planlarınızı reallaşdıra biləcəksiniz. Bu günə romantik görüşlər təyin etmək olar. Bu görüşlər istədiyiniz kimi keçədək. Hədiyyələr, sürprizlər, təklif və dəvətlər istisna deyil. İstənilən kübar tədbirdə diqqət mərkəzində olacaqsınız.

Əqrəb - təşəbbüsü özü irəli sürməyə hazır olan və bunu başqalarından gözləməyənlər üçün gün pis keçməyəcək. Xoşbəxtlikdən Əqrəblərin böyük əksəriyyəti enerjili və işgüzardırlar, uğur qazanmaq şansını əldən buraxmırlar. Gün müxtəlif eksperimentlər, yeniliyin öyrənilməsi və yaradıcılıq potensialını üzə çıxaran məşğuliyyət üçün münasibdir.

Oxatan - bütün gün ərzində emosional fon sabit, əhval-ruhiyyəniz yüksək olacaq. Müxtəlif ailəvi əyləncələr - teatr və ya konsertə getməkdən tutmuş, təmiz havada şən oyunlara qədər əlverişli gündür.

Oğlaq - kifayət qədər sakit və xoş gündür. O, hansısa cəsur başlanğıclardan daha çox gündəlik işlər üçün münasibdir. Lakin əgər ağlınıza parlaq ideya gəlibsə, onu dərhal həyata keçirməyə cəhd etmək olar. Əsas məsələ riskləri düzgün qiymətləndirməkdir. Köhnə əlaqələriniz özünüzü nüfuzlu şəxslərə xatırlatmaq üçün köməyinizə çata bilər.

Dolça - ixtira qabiliyyətiniz çatmır: nəsə yeni bir şey düşünmək istəsəniz də, beyninizə yaxşı heç nə gəmir. Ailədə fikir ayrılıqları mümkündür. Sizin bugünkü ideyalarınız, bütövlükdə həyat tərziniz heç də hamının zövqünə uyğun deyil. Qənaətcil olun. Çox pul xərcləmək, iri bazarlıqlar etmək məsləhət deyil. Bugünkü xərclərin bir çoxuna görə sonradan peşmanlıq çəkəcəksiniz. Anlaşılmazlıq və çətinliklərə baxmayaraq, siz yüksək əhval-ruhiyyənizi qoruyacaqsınız.

Balıqlar - iştahınızı azaldın. Bu, sadə uğurlar və adi nailiyyətlər günüdür. Siz mümkün olandan çox istəyirsiniz. Bununla belə, həyata keçməyən arzularınıza görə özünüzə əzab verməyəcək və yüksək əhval-ruhiyyənizi qoruyacaqsınız. Mübahisə və fikir ayrılıqları mümkündür. Lakin olar ciddi xarakter almayacaq və sülhü tezliklə bərqərar edə biləcəksiniz. Göz önündə olmaq, diqqət cəlb etmək məsləhət deyil. Əgər göz qabağında olsanız, sizi tərifləməkdən çox məzəmmət edəcəklər.


Paylaş:


Müəllif : Tarix:
4-01-2020, 00:03
Sikayət   


loading...
Загрузка...