AZƏRBAYCANIN XÜSUSİ XİDMƏT RƏHBƏRLƏRİ MİT-in YENİ BİNASININ AÇILIŞINDA - Fotolar, Video
Bu gün Ankara şəhərində Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yeni binasının açılışı olub.
"Kale" adlandırılan yeni binanın təntənəli açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin rəhbərləri iştirak ediblər. Türkiyə mediasının yaydığı foto və videogörüntülərdən belə məlum olur ki, qardaş ölkənin xüsusi xidmət orqanının düzənlədiyi açılış törəninə dəvətlilər arasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Əli Nağıyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanov da olublar. DTX rəisi açılış lentinin kəsilməsi zamanı MİT rəhbəri Hakan Fidanla yanaşı durub.
Fotogörüntülərdən mərasim zamanı Əli Nağıyevin Türkiyə prezidenti Ərdoğanla görüşdüyü də məlum olur.
Ovqat.com saytının məlumatına görə, Türkiyə prezidenti açılış nitqində ölkəsinin xüsusi kəşfiyyat orqanının tarixindən bəhs edib və bu qurumun Osmanlılardan miras qaldığını xatırladıb. Çıxışında həmçinin indiki çətin dövrdə MİT-in üzərində ciddi görəvlər düşdüyünü vurğulayan Ərdoğanın fikrincə, Türkiyənin və Türk dünyasının gələcəyini formalaşdırmaq üçün xüsusi xidmət orqanlarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir:
“2014-cü ildə təşkilatımızın qanununu başdan sona qədər təzələdik və bugünkü gözləntilərimizə uyğun hala gətirdik. Bəzən müzakirələrin mərkəzində yerləşdirilsə də, ölkəmizin və millətimizin kəşfiyyat xidmətlərinə ehtiyacı heç vaxt azalmamışdır, çünki kəşfiyyat məlumatları təkcə müharibə dövründə deyil, həm də sülh dövründə dövlətin yaşaması üçün zəruridir. Bu gününü idarə edə bilməyənlər gələcəklərini də formalaşdıra bilməzlər. Ölkəmizin və dünyanın kritik bir prosesdən keçdiyi bir dövrdə Milli İstihbarat Təşkilatımızın dəstəyi həmişəkindən daha çox lazımdır. Geniş coğrafiyada gecə-gündüz fədakarlıqla çalışan hər bir adsız qəhrəmanımızın uğurları ilə fəxr edirik. Ümid edirəm ki, bu gün təşkilatımızın gücü və imkanları olan yeni xidmət binasının açılışı daha da artacaq".
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-01-2020, 21:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-01-2020, 21:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55