ADAU-da imtahan şousu... - Real mənzərə BUDUR!!!
Ölkəmizin bütün ali məktəblərində olduğu kimi, Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetində də (ADAU-da) 2019-2020-ci tədris ilinin payız imtahan sessiyasına start verilib.
Bu münasibətlə dünən ADAU rektoru İbrahim Cəfərovun sosial şəbəkə üzərindən ictimaiyyətə olduqca səmimi səslənən "dəvətiyyə çağırışı" da yer alıb. Rektor imtahanların şəffaf və ədalətli keçirilməsi adı altında ictimaiyyət nümayəndələrini, valideynləri, təhsil ekspertlərini, rəsmi şəxsləri və media mənsublarını, bir sözlə marağı olan hər kəsi aqrar təhsil ocağında müşahidələr aparmağa dəvət edib.
Universitet rəhbərliyi müraciətində imtahan proseslərini canlı və əyani izləmək üçün valideyinlər daxil hər kəsə lazımi şəraitin yaradıldığına, imtahanların keçirilməsi üçün bütün işləm və hazırlıqların yekunlaşdığına diqqət çəkib.
Mən də rektorun bu xoş çağırışına reaksiya verərək müstəqil media mənsubu kimi ADAU-da payız semestrinin imtahan sessiyasında iştirakı məqbul hesab etdim. İmtahan proseslərini əyani müşahidə üçün dünən saat 10:00-da ADAU-ya yollandım.
İmtahanların ilk günündə şəxsən görüb müşahidə etdiyim imtahan təəssüratlarımı sizlərlə bölüşürəm.
ADAU-nun Mühəndislik fakültəsinin tədris korpusu
*****
Saat 10:00-da ADAU-nun Mühəndislik fakültəsində idim. Fakültənin əzəmət saçan tədris korpusunda imtahan prosesi başlamışdı. İmtahanlar üst mərtəbələrdə əvvəldən rektorluğun müəyyənləşdirdiyi bölgü və qaydalarla Boloniya təhsil prosesinin tələblərinə uyğun şifahi, yazılı və kompüter test üsulları ilə aparılırdı. Binanın III və IV mərtəbələrində, imtahan keçirilən otaqların qapısına yapışdırılan məlumat lövhələri göz oxşayırdı. Koridorlarda nəzarətçi müəllimlər gözə dəysə də, fakultədə ayrıca imtahan qərərgahı yaradılsa da tələbələrin səs-küyü hüzuru xeyli dərəcədə pozurdu. Bir neçə tələbəni elə imtahan başlayan andan narazı və aqressiv gördüm, səbəbini soruşduqda dedilər ki, sərbəst işlərini yazmadıqları üçün imtahanlara buraxılmayıblar. Bir çoxu da "özüm girmirəm, işim var" deyib mərtəbələri sayırdı.
Özbaşına və qeyri-etik olmasın deyə şifahi və ya kompüter test üsulu ilə aparılan otaqları müəyyənləşdirib dekanlığa yaxınlaşdım. Özümü təqdim etdim, rektorun çağırışına dəstək əlaməti olaraq imtahanların gedişini izləməyim üçün şərait yaradılmasını istədim. Bir neçə birokratiyasevər nəzarətçi müəllimlərin "qadağa ələyi"ndən süzülə-süzülə nəhayət fakültə dekanı Cəmaləddin Məmmədovla görüşə bildim. Dekan da öz növbəsində tədris işləri üzrə prorektor Anar Hətəmova mobil raportdan sonra məni Universitetdə imtahanların seyrinə çıxan yerli mediatura qoşulmağa təhrik etdilər. Təklikdə istəyimin və otaqlardan birində imtahanın gedişinə qatılmağımın mümkünsüzlüyünü anladım. Nə etməli, ağalarla razılaşdım ki, dəstəyə qoşulum...
*****
ADAU-nun öz nizami-üsulu çərçivəsində yaratmış olduğu "mediatur"a qoşulmaq üçün yaxınlıqdakı "Baytarlıq təbabəti və Zoomühəndislik" fakültəsinin tədris korpusuna yürüdüm və bir neçə kənar müşahidəçi qonağın cəm olduğu dəstəyə qoşuldum. Xoşbəxtlikdən qoşulma prosesində 5-10 dəqiqəlik şifahi imtahan prosesinə şahidlik etdim. Bir neçə tələbənin şəxsən rektor İbrahim Cəfərovun tərifinə sığınıb "əla" qiymət aldıqlarına sevindim. Məndən əvvəlki dəqiqələri bilmirəm, o fakültədə iki tələbədən daha çox rektorun özü nəsə məruzələr edir, tələbədən sayca çox olan "ictimai nəzarətçi"lərin imtahan prosesinə zəhmini sanki öz nitqilə azaltmağa çalışırdı. Amma məncə alınmırdı, nədənsə imtahan zalında az sayda oturuşan tələbələr şifahi imtahanlarının kütləvi izlənməsi metodundan məmnun deyildilər...
*****
Baytarlıq fakültəsinin imtahan təftişi zəngin laboratoriya ilə tanışlıqla yekunlaşdı. Ardınca, ictimai nəzarət dəstəsi rektorun başçılığı ilə Aqronomluq fakültəsinin imtahanlarına təşrif buyurdu. Fakültənin vaxtı bitmiş dekanı Məhərrəm İsmayılov da şifahi imtahan gedən zalda bir neçə əzbərçi tələbənin əla qiymət alması üçün rektorla sözü bir yerə qoydu. Burada da 10 dəqiqəyə aqronom olacaq tələbələrə əla qiymətlər yazdırdılar deyə imtahanın şəffaflığına heyran qaldım. İmtahanda nizam da maraqlı oldu. Rektor bilici tələbələrini könüllü əsaslarla sorğu-suala çağırırdı. Bəlkə də biz ordaydıq deyə, bilməyənlərə bilet çəkmək lazım deyildi. İmtahanı aparan müəllimin də tələbələrinə şərti lap ürəyimcə oldu. Stolunun üstünə şaxı saralmış arpa - buğda dəstələri düzmüş müəllim rektora belə dedi: "Bunlara şərtimi demişəm, kim arpa ilə buğdanı əyani şəkildə, burdaca ayıra bilməsə 2 yazacam, yoxsa problemləri yoxdur".
Sonradan digər imtahan otağında eyni mənzərəni seyr etməyə, rektorun əvvəldən hazırlatmış olduğu "əlaçılıq oyunu"na baxmağa həvəsim olmadı. Və yenidən Mühəndislik fakültəsinə qayıtdım...
*****
Bu kəs xahiş-minnətlər mənə kömək oldu. Mühəndislik korpusunun IV mərtəbəsində test imtahanını müşahidə etməyə macal tapdım.
İmtahan saat 12:00-da başladı. Otağın müasirliyi, kompüterlərlə və proqramla təminatı çox ürəkaçan idi. Amma, tələbələrin böyük əksəriyyətinin qarşılarında olan kompüterdə sualları cavablandırmaqla deyil, vaxt öldürməklə məşğul olduqları da nəzərimi çəkdi. Hətta, bəziləri ümumiyyətlə kompüterdə suallar yazıldığını belə görmək istəmirdi. Soyadını soruşmadığım komissiya rəhbəri Ruslan müəllim və köməkçiləri isə müxtəlif ixtisaslardan olmaqla 68 nəfər II kurs tələbələri üçün imtahan gedişində arada var-gəl edirdilər.
Təxminən 10 dəqiqədən sonra nəzarətçi xanımların tələbələrlə pıçhapıçı qəribə hərəkətlənmə yaratdı. Təsəvvür edin, 5-10 dəqiqə içində, düz saat 12:12-dən 12:25-dək 10-a yaxın tələbə paltarlarını asılqandan qapıb imtahanı təcili tərk edirdilər. Bildiyim qədərilə onlar sualları cavablandırıb getmirdilər, amma özlərindən razı idilər, sanki belə bir tapşırıqları, imtahan nəticələrinin öz xeyirlərinə olacağına tam əminlikləri vardı. Çünki, müşahidəm və məntiqi ehtimallar deyir ki, ümumilikdə 50 sualı hansısa bilikli tələbənin cavablandırmasına azı 30 dəqiqə vaxt lazım ikən bunlar otağı niyə tez tərk etməlidirlər ki? 50 sualın 10-15 dəqiqəyə cavablandırılması o deməkdir ki, bunu edən hər sual üçün cəmi 20 saniyə vaxt sərf edir ki, bu da qeyri inandırıcıdır. Normal zamanlama nəzərə alınaraq imtahanın gedişi üçün müvafiq komissiya 50 dəqiqə vaxt verir. Hər sual üçün 1 dəqiqə. Bu ölçü-biçili məsələdir. Yox, əgər onlar öz istəklərilə imtahanı tərk edirdilərsə, belə çıxır ki, həmin imtahan nəticəsində azı 20 tələbə qeyri-kafi qiymət alacağını bilirdi. Məncə bu imtahan nəticələri dərindən incələnməlidir. Başqa halda, tələbələr sualları cavablandırmadan çıxıb hara və niyə gedirdi, deyə bilmərəm. Gedişatı belə görüb 20 dəqiqə sonra mən özüm belə bir imtahan gərdişini gülərək tərk etdim.
Kimliyimin sürəti isə prorektorun əli ilə oralarda qaldı...
*****
Binanın III mərtəbəsində şifahi və yazılı keçirilən bir neçə auditoriyaya da dekan Cəmaləddin Məmmədovla baş çəkdik. Amma iştirak edə, imtahana girə bilmədik. Sabiq dekan Siyavuş Vəliyev kimi müəllimlərin təzyiqi və qadağası yenidən bu istəyimin reallaşmasına imkan tanımadı.
Beləcə, ADAU-da keçirilən "şəffaf" imtahan prosesinin ilk gününü yola verdim. Fürsət ikən, dəyərli ADAU ziyalılarının bir çoxu ilə həmsöhbət ola bildim. Məncə, rektor cənab İbrahim Cəfərovun anons etdiyi kimi, ADAU-da keçirilən imtahan prosesləri elə də şəffaf və ictimaiyyətə tam açıq müstəvidə keçirilmir. Çünki, məqsəd başqadır, bu hal digər Universitetlərdəki kimi, bir növ ictimai rəyə manipulyasiya, şou-prafilaktika xarakteri daşıyır.
Ümumiyyətlə, rektorun başına toplaşaraq imtahan prosesini auditoriyalarda müşahidə etməyin özü bir növ tələbələrə və imtahanı aparan müəllimə basqı, vahimə metodu kimi də görünür.
Bunun adına ictimai nəzarət deyilsə də, mən bu prosesdə qeyri-səmimilik də hiss etdim deyə bilərəm. Bundan başqa, əgər məqsəd imtahan prosesinə ictimaiyyət nümayəndələrini cəlb etmək, şəffaflığı cəmiyyətə nümayiş etdirməkdirsə, bunun başqa asan yolunu da tapmaq olar. Məsələn, kənardan kamera görüntülər vasitəsilə də hansısa səmimiyyəti aşılamaq, imtahanlara baxmağı reallaşdırmaq olar. Onsuz da ADAU-da lazımi səviyyədə turniketlər - kameralar quraşdırılıb və bu imkanlar imtahanlarda ŞƏFFAFLIQ üçün tamaşaya otaqlardan canlı yayım imkanları sağlayır. Görünür rektor özü bu metodologiyanı seçib ki, ictimaiyyət nümayəndələrinə imtahanların gedişi zamanı yalnız öz istədiyi səhnələri, prosesləri göstərsin. Yoxsa, bu müşahidə qrupu girdiyi imtahanlarda niyə sonacan oturmur, rektor hamını arxasınca istədiyi odalara çəkir, məqsəd şəffaflıqmı sizcə də?
Əgər şəffaflıqdırsa, bir xahiş, cənab rektor test imtahanlarının nəticələrinin imtahana giriş balı ilə müqayisəli təhlilinə imkan verən məlumatları da ictimaiyyətə təqdim etsin. Məhz o nüans ADAU-dakı imtahan "şəffaflığına" daha gur işıq saça bilər.
Bəlkə, buna da şükür. Kaş, zalım çərxi fələk də ADAU-dakı "şəffaf" imtahanlardakı kimi qarşısına çıxana bir ƏLA yaza...
Osman Nərimanoğlu
Demokratik.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16