Azərbaycana könüllü dönüş: “Avropalı”ları nə gözləyir? - GƏLİŞMƏ
Ötən il 831 nəfər könüllü olaraq Avropadan Azərbaycana qayıdıb. Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) Trend-ə verilən məlumata görə, təşkilatın Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 2019-cu il ərzində Azərbaycan vətəndaşı olan 831 nəfərin mənşə ölkəsinə könüllü qayıdışını təmin olunub.
Könüllü geri qayıdanların 460 nəfəri Almaniyanın, 264 nəfəri Niderlandın, 27 nəfəri Latviyanın, 16 nəfəri Türkiyənin, 13 nəfəri Avstriyanın, 10 nəfəri Gürcüstanın, 9 nəfəri Belçikanın, 8 nəfəri Litvanın, 7 nəfəri Polşanın, 6 nəfəri İsveçrənin, 4 nəfəri Macarıstanın, 3 nəfəri Finlandiyanın, 2 nəfəri İrlandiyanın, 1 nəfəri Çexiyanın və 1 nəfəri Bosniya və Herseqovinanın payına düşüb.
Maraqlıdır, Azərbaycana könüllü qayıdanlar ucun hansısa proqramlar varmı? Onlar işlə təmin edilirmi? Ümumiyyətlə, həmin şəxslərin sosial müdafiələri qanunla tənzimlənirmi?
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri mövcuddur. Bu layihələr çərçivəsində ölkələrə könüllü qayıdan miqrantlara yardım göstərilir. Bu təşkilatın Azərbaycanda da nümayəndəliyi var. Ayrılmış reinteqrasiya vəsaitləri iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər. Məsələn, ötən ilin yayında nümayəndəliyin Niderland Krallığından qayıtmış ailəyə kiçik ailə təsərrüfatının yaradılmasına köməklik göstərməsi barədə xəbər yayılıb. Ailəyə İmişli rayonunda BMqT-nin maliyyə dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün 9 baş inək və 9 baş buzov satın alınaraq verilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, könüllü qayıdan şəxslərin Azərbaycan qanunları və Konstitusiyasının verdiyi bütün imkanlardan yaralanmaq hüquqları var:
“Onlar bizim vətəndaşlarımızdır, müxtəlif səbəblərdən xarici ölkələrə üz tutublar. Yəqin ki, həmin şəxslərin Azərbaycanna qayıdışında Beynəlxalq Miqrasiya Təşkilatı ilə yanaşı, digər beynəlxalq təşkilatların da rolu olub. Bütün dövlət qurumlarının vətəndaşlar üçün nəzərdə tutulan xidmətləri onlara da aiddir. Ayrı-ayrı problemlərlə bağlı dövlət qurumlarının dəstəyi ilə bağlı kifayət qədər geniş məlumatlar var, müsbət dividentlər çoxdur. Amma könüllü qayıdan vətəndaşlar tək dövlət qurumlarının verdiyi imkanlardan yararlanmırlar. Avropa İttifaqının bir sıra proqramları var ki, onların çərçivəsində könüllü qayıdan şəxslərə müəyyən dəstəklər göstərilir, onlara müəyyən məbləğlərdə vəsaitlər ayrılır. Həmin vəsait çərçivəsində şəxsin Azərbaycana qayıtması, sənəd işlərinin aparılması, ilkin mərhələdə kiçik biznesin qurulması, səhhətində hansısa problemlər varsa, müalicəsi ilə bağlı xərclər, müəyyən müddət üçün kirayə evlə təminatı nəzərdə tutulur. Hətta bu yardımlardan geniş şəkildə yararlanan şəxslər sonradan özlərinə kiçik biznes qurmaq imkanı əldə ediblər. Çünki, həmin yardımlara şəxsi buznesin qurulması adlı bir komponent də daxildir, burada əgər vətənə qayıdan şəxs hansısa kiçik biznesi qurmaq istəyirsə, ona müəyyən vəsait ayrılır”.
Azər Allahverənov deyir ki, Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq təşkilatların geri qayıdan şəxslər üçün bu cür imkanlar yaratması həm də dövlət qurumlarını müəyyən qayğılardan azad edən haldır:
“Çünki həmin şəxlərin bütün çətinlikləri, problemlər bütövlükdə dövlət tərəfindən qarşılana bilməz. Bu problemlərin bir qismi dövlət qurumları tərəfindən qarşılanırsa, digər bir qismi də beynəlxalq təşkilatlar vasitəsilə qarşılanır”.
“Bəs, Azərbaycan qanunvericiliyində ölkəyə qayıdan və qaytarılan şəxslərlə bağlı müddəlar varmı?”
Azər Allahverənov bildirib ki, “Miqrasiya Məcəlləsində” ölkəyə qayıdan və qaytarılan şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələlərində dəstəyin göstərilməsi barədə müddəa var:
“Müddəa çərçivəsində müəyyən dəstəklər göstərilir, amma burada daha çox qaytarılan şəxslərin inteqrasiyası nəzərdə tutulur. Çünki qayıdan şəxslərin əksər hallarda beynəlxalq təşkilatların verdiyi imkanlardan yararlanmaq imkanı var. Amma ölkəyə qaytarılan şəxslərə beynəlxalq təşkilatlar belə imkanlar vermir. Onların ölkə qayıdışı və s.məsələlər bilavasitə dövlət qurumlarının buna münasibətindən asılı olan məsələlərdir. Bunun üçün Dövlət Miqrasiya Xidmətində İşçi Qrupu də fəaliyyət göstərir. Bu qrup aidiyyəti qurumlar arasında əlaqələndirmə şəraitində həmin şəxslərin reinteqrasiyası üzrə işlər aparılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2020, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2020, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16