reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tolik ərəblərə naməhrəm yerdə hücum çəkdi - Polisə müraciət etdi

reklam

Tolik ərəblərə naməhrəm yerdə hücum çəkdi - Polisə müraciət etdi


Tanınmış teleaparıcı, prodüsser tarix Əliyev (Tolik) yol kənarında təbii ehtiyaclarını ödəyən ərəb turistlərə hücum çəkib.
Bu barədə onu özü məlumat yayıb. Tolik həmçinin aidiyyatı orqanlara müraciət edərək bu barədə tədbir görülməsini itəyib:
“Bu gün Şahdağdan qayıdanda bir hadisə ilə qarşılaşdım. Ölkəmizə turistlər gəlir, xoş gəlir, bu yaxşıdır. Bizim “Vito” sürücülərimiz ərəbləri mindiriblər başımıza. Xaçmazdan çıxacaqda görürəm ki, günün günorta çağı maşının yanında ərəblər tualetə gedir. Düşdüm, ağzımdan çıxanı dedim, sürücüyə də qışqırdım.  Üzbəüz həyətlər var orda, camaat yaşayır. Sən pul alırsan deyə, namusunu, qeyrətini də onlara satmamalısan axı. Bunlar haranın itidirlər, turistdirlər gözümüzün ikisi birdən aydın, gəlsinlər otursunlar boynumuzda? Turistdir deyə abrımızı küçəyə qoymayacağıq ki... Sizin namusunuz bunu necə götürür? Mən xahiş edirəm, bu işə baxan orqanlardan ki, belə maşın sahiblərini tutsunlar”.
Aparıcının sənətçi həmkarları da ona dəstək olublar. Müğənni Xatun Əliyeva, Niyam Salami, Xuraman Şuşalı, Natavan Həbibi də Tolikin  sözləri ilə razılaşıblar. 
Həmin görüntüləri təqdim edirik:

https://ok.ru/video/1539807316586


Paylaş:


Müəllif : Tarix:
13-01-2020, 14:16
Sikayət   


loading...
Загрузка...