reklam
Regionxeberlericom.az » Cəmiyyət » Gülər Əhmədovanın namizdəliyi qeydə alınmayıb? - Açıqlama

reklam

Gülər Əhmədovanın namizdəliyi qeydə alınmayıb? - Açıqlama


Kim deyir ki, Gülər Əhmadovanın namizədliyi qeydə alınmayıb?! Bizim hələ onun sənədlərinə baxmaq üçün 17 yanvara kimi vaxtımız var.
Bu sözləri Axar.az-a sabiq deputat Gülər Əhmədovanın namizədliyini verdiyi 16 saylı Yasamal ikinci seçki dairəsindən bildiriblər.

Dairədən qeyd edilib ki, G.Əhmədovanın namizədliyi qeydə alına da bilər, hələ sənədlərinə baxılır və ona namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı qərar verilməyib:“Hələ sənədlərə baxılır. Dairəmizdə 27 namizəd var. Gülər Əhmədova sənədlərini yanvarın 10-u, axşam təqdim edib. Bu vaxta qədər hələ də ona cavab verilməməsi qanunauyğundur, çünki cəmi 3 gün keçib. Bizim 17 yanvara qədər vaxtımız var. O vaxta qədər sənədlərə baxa bilərik”.
Qeyd edək ki, keçmiş deputat Gülər Əhmədovanın namizədliyinin qeydə alınmaması barədə məlumatı özü yayıb: “Dostlar, mənim namizədliyim qeydə alınmayıb, nə münasibətlə təbrik edirsiniz? Yenə də sağ olun, gözəl insanlar!”

Xatırladaq ki, Gülər Əhmədova ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, sonuncu dəfə Xətai rayonundan deputat seçilib.


Paylaş:


Müəllif : Tarix:
13-01-2020, 18:59
Sikayət   


loading...
Загрузка...