“Şah”ın bacısı da seçki yarışına qoşulub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun bacısı Zeynəb Məmmədyarova da növbədənkənar parlament seçkilərinə qatılıb. Yenisabah.az xəbər verir ki, Zeynəb Məmmədyarova namizədliyini 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüb. İmzatoplama mərhələsini başa vuran Zeynəb Məmmədyarovanın namizədliyinin qeydə alınıb-alınmaması barədə hələlik bilgi yoxdur.
2009-cu ildən Sumqayıt şəhər bələdiyyəsinin üzvü olan Zeynəb Məmmədyarova 2013-cü ildən bələdiyyə sədrinin müavinidir. O, həm də şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterdir.
Zeynəb Məmmədyarova şahmatda heç də qardaşından geri qalmır. O, 2000-ci ildə 18 yaşadək qızlar arasında dünya birinciliyinin qalibi, 2002-ci ildə 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı, həmin ildə Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, 2003-cü ildə isə 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı olub.
Zeynəb Məmmədyarovanın namizəd olduğu dairədən hakim Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlinin namizədliyini irəli sürüb. Bu dairədən deputat Hacı Salayev də namizəddir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-01-2020, 14:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-01-2020, 14:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB