Sumqayıtlılar şəhər nəqliyyatdan şikayətçidir - Acınacaqlı vəziyyət
"Sumqayıt əhalisinə görə ölkənin 2-ci böyük şəhəri olsa da bu şəhərdə nəqliyyat sistemi bərbad vəziyyətdədir. Ümumiyyətlə Sumqayıtda nəqliyyatda heç bir sistem yoxdur.Daha doğrusu bütün ictimai nəqliyyat-taksilərdən tutmuş avtobuslaracan icra başçısının monopiliyasındadır". Bu barədə DİA.AZ-a daxil olan məqalədə bildirilir.
Məqalədə daha sonra deyilir: "Düzdür ,bir müddət əvvəl Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə köhnə,kiçiktutumlu avtobuslar,mikroavtobuslar marşrut xərlərindən çıxarılıb və onlar şəhərə gətirilən çoxlu sayda müasir tipli avtobuslarla dəyişdirilib.
Lakin təzə avtobuslar müasir tələblərə cavab versə də xidmət səviyyəsi 0 səviyyəsindədir. Şəhərdə müxtəlif istiqamətlərdə- Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşıldərə,Yeni Yaşma,Stanasiya Sumqayıt Ceyranbatan,Corat, İnşaatçılar (Pasyolka) qəsəbələri,Bağlar,Saray,Xırdalan istiqamətlərinə və şəhəriçi işləyən 20-dən çox marşrut -1, 2,3,4, 5,6,8,9, 7,7a, 985,12b,12a,12 ,33,30, 522 və sairə nömrəli 300-dən çox avtobus işləyir. Şəhər nəqliyyatı zahirən dəyişsə də mahiyyətcə dəyişməyib.Şəhər nəqliyyatında əsl xaos hökm sürür.
İlk növbədə onu qeyd etmək lazımdır Sumqayıt Şəhər nəqliyyatında kart sistemi yoxdur,sərnişinlərə xidmət çox aşağıdır,avtobuslar dayanacaqdan kənar hər yerdə saxlayır (hətta balkondan əl edənə də):) və buna görə qanunda cərimə nəzərdə tutulsa da (100 manat)heç bir sürücü cərimələnmir.Hətta bu cərimə haqda 7, 7a avtobuslarında video reklam çarxı hər gün yayımlansa da.Dayanacaqdan kənar yerlərdə saxladıqlarına görə sürücülər ona görə cərimələnmir ki,onlar hər gün bir neçə 100 manat plan ödəyirlər.Əgər cərimələnsələr planı verə bilməzlər və qazanc edə bilməyib işləməzlər.Bu da marşrutların sahibinə-icra başçısına sərf etməz.Onsuz da sürücülər elə də böyük pul qazanmırlar. Sumqayıtda çoxlu sayda yeni dayancaqlar quraşdırılsa da dayanacaq sistemi işləmir.Harda sərnişin –“30 qəpik” əl edib minmək və ya düşmək istəyirsə orada dayanacaqdır.Bir sözlə sərnişin harda gəldi mindirlib –düşürülür.
Bu səbəbdən sərnişin 5 dəqiqəlik yolu 30 dəqiqəyə gedir. Bunun da səbəbi marşrutların addımbaşı saxladığından şəhəri çox dövrə vurmasındadır ki,bu da mənzil başına gec çatdıqdan vaxt baxımdan sərnişənlərə ,ələlxüsus harasa tələsən adam üçün sərf etmir.
21-ci əsrdə Sumqayıt avtobuslarında -ən əsas da şəhərdə ən intensiv işləyən və ən çox sayda avtobusu olan məşhur 7 və 7a nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobuslarında pulu pulyığanlar yığır.Bu pulyığanlarında əksəriyyəti yetkinlik yaşına çatmaynlardır ki,bu həm də qanunla qadağandır.Yenə bu uşaqların ailələrinə çörək pulu qazanaraq kömək etmələrini başa düşmək olar,amma sivil dünyada nəqliyyatda pulyığan-filan olmur,belə şeylər keçmişdə -90-cı illərdə və yalnız geridə qalmış Asiya, Afrika ölkələrində qalıb.
Nəqliyyatda bu cür vəziyyət şəhərimizə gələn qonaqlarda heç də xoş təəssürat yaratmır.
Sumqayıt ölkənin böyük şəhəri olsa da avtovağzalı ucqar rayon avtovağzallarından elə də fərqlənmir. Sumqayıt Avtovağzalının kassalarında bilet satılmır. Avtovağzal ərazisi çox bərbad vəziyyətdədir və bina da ,ərazi də keçən əsrin 70-ci illərinin Sovet,Asiya avtovağzallarını xatırladır,müasirlikdən çox uzaqdır.Halbuki avtovağzal turistlər üçün şəhərin giriş qapısı və kartıdır,buna görə şəhər haqqqında mühakimə yürüdülür.Bu cür nəqliyyatı olan şəhərdə ,şəhər rəsmilərinin bəyan etdiyi hansı turizm inkişaf edə bilər?!
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tabeliyində “Sumqayıt Nəqliyyat”ın əli ilə bütün müstəqil marşrut xətti sahibkarlarını ,müxtəlif bəhanələrlə sıradan çıxarıb.Hal-hazırda bütün ictimai nəqliyyat ona işləyir,onun gəlir mənbəyidir.
Sakinlər Sumqayıt avtovağzalından Bakı, Sədərək Ticarət Mərkəzi və Binəyə,hətta Quba-Xaçmaz istiqamətinə gedən avtobuslarla bağlı narazılıq edirlər, qəza zamanı bunun sərnişinlərin həyatı üçün təhlükəli olduğunu bildirirlər.Belə ki, nəzarət reydlərinin keçirilməsinə və qeyri-standart avtobusların xəttdən çıxarılması ilə bağlı çoxsaylı məlumatlara baxmayaraq, adamlar cərgələrin arasında qoyulmuş əldəqayırma oturacaqları olan maşınlarda getməyə məcbur olur. Zavod istehsalı olan oturacaqların əvəzinə kustar, kiçik ölçülü oturacaqlar qoyulur ki, bu da avtoşirkətlərin daha çox sərnişin daşımasına və hər reysdən daha çox gəlir götürməsinə imkan yaradır. Sumqayıtlılar təhlükəli avtobuslardan mətbuata şikayət etsələr də bununla bağlı icra başçısı heç bir tədbir görməyib.
Mətbuatda dəfələrlə yazılıb ki,Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tabeliyində “Sumqayıt Nəqliyyat”ın əli ilə bütün müstəqil marşrut xətti sahibkarlarını ,müxtəlif bəhanələrlə sıradan çıxarıb.Hal-hazırda bütün ictimai nəqliyyat ona işləyir,onun gəlir mənbəyidir.
Bu haqda şikayətə isə məsul şəxslər tərəfindən məhəl qoyulmur.
Dünyanın bütün normal ölkələrində avtobusa bileti onlayn almaq olur,amma Sumqayıt Avtovağzalının kassalarında da nağd pula belə bilet almaq mümkün deyil,çünki satılmır.
Burada ümumiyyətlə bilet sistemi formal xarakter daşıyır və ola bilsin sənədlərdə gedir.
Bundan başqa Bakıdan Şimal rayonlarına olan avtobuslar Sumqayıtdan keçsə də bu avtovağzaldan həmin rayonlara yol pulu ucuz olmalı halda Bakıdan bahadır,özü də bilet-filan , heç bir xidmət yoxdur.(Sumqayıtdan Bakıya təxminən 30 km məsafə var)
Ölkədə bəlkə də yeganə şəhərdir ki,burada ayrı-ayrı marşrut xətlərinin çoxsaylı kobud dispeçerləri şəhərin müxtəlif dayanacaqlarında ayaq üstə durub sürücülərə qrafikə uyğun getməsinə nəzarət edir,onları “qovur” və buna görə də hər dövrədə onlardan pul alır. Planı dorduqmaq və vaxt baxımdan “qovulan” sürücülər isə mətbuatdan göründüyü kimi tez-tez qəzalar törədirlər.Bundan başqa sürücülər heç bir tibbi müayinədən keçmirlər.
Sumqayıt nəqliyyattında hökm sürən acınacaqlı vəziyyətə bu yaxınlarda "Sumqayıt Nəqliyyat” MMC-nin direktoru Xannı Rüstəmovla bağlı yayılmış məlumat da bariz sübutdur.Belə ki,onun ölkədən qaçdığı haqda məlumat yerli saytların əksəriyyətində getmişdi.
Mətbuatda gedən yazılarda X. Rüstəmovun fəaliyyət göstərdiyi dövrdə bir sıra qanun pozuntularına yol verdiyi və bu səbəbdən də dekabrın 24-də tutduğu vəzifədən azad edildiyi bildirilir. “Sumqayıt Nəqliyyat” MMC-dən isə bildirilib ki, Xannı Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılması bildirlir.
Mətbuatda qeyd olunur ki,Rüstəmov Xannı aşkar korrupsiya və rüşvətxorluq əməlləri ilə məşğul olaraq Sumqayıt şəhər əhalisi arasında ciddi narazılığa səbəb olmuşdur. Yenisabah.az xəbər verir ki, bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir. “Sumqayıt Nəqliyyat” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN olan qurum Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Vergilər Nazirliyinin reyestr məlumatlarında MMC-nin qanuni təmsilçisi kimi Xannı Rüstəmovun adı qeyd edilib.
Sumqayıt Nəqliyyat MMC-nin yaradılması Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasından sonraya təsadüf edir. Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib. Oktyabr ayında isə “Sumqayıt Nəqliyyat” MMC yaradılıb və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirlib.
Xannı Rüstəmovun adı bir sıra qalmaqallarda hallanır. Bir müddət əvvəl o, Qarabağ qazilərinə problem yaratmaqda ittiham olunurdu. Bildirilirdi ki, o, qazilərin nəzarətində olan marşrut xəttini ələ keçirib. Qazilər olayla bağlı Prezidentə müraciətlərində yazırdılar.
Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan Xannı Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.
Düzdür ,sonradan X.Rüstəmov məcbur olub mətbuata açıqlama verdi ki,heç yerə qaçmayıb.Amma bu prinsipial məsələ deyil.Çünki aydındır ki, X.Rüstəmov ,qanunsuzluqları özbaşına etməyib ,o sadəcə icraçı idi.Əsas isə ona göstəriş verəndir.Bütün bu neqativlərin fonunda Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə “Nəqliyyat könüllüləri” qrupunun da fəaliyyəti təbii ki,formal və görüntü xarakteri daşıyır.Ümumiyyətlə nəqliyyat sahəsində Sumqayıtda yeyinti məqsəilə bir çox layihələr həyata keçirilir.
Bir sözlə Sumqayıt nəqliyyat sisteminin təcili müsbət dəyişikliklərə ,islahatlara ehtiyacı var və bunu hal-hazırdakı icra başçısı etmək istəyində deyil".
Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2020, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2020, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti