Ombudsman bəyanat verdi
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib.
Bu barədə Ombudsman Aparatından məlumat yayılıb.
Bildirilib ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Bəyanatda deyilir: "Azərbaycanın paytaxtı və digər rayonlarında yüzlərlə soydaşımızın qətli, yaralanması və itkin düşməsi ilə nəticələnən 1990-cı il 20 Yanvar faciəsindən 30 il ötür.
1987-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqeyə, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsinə, etnik təmizləmə və soyqırımı siyasətinə etiraz edən xalqımızın haqq səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunun qarşısını almaq məqsədilə 20 Yanvar qırğını törədildi.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına tanklar və digər ağır hərbi texnikalar yeridilib, dinc əhali atəşə tutulub, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və yaşlılar amansızcasına öldürülüb, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınları silahlı hücuma məruz qalıb, qadağan edilmiş silah və sursatdan istifadə edilib. Paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılıb.
O dövrdə Ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat vermiş, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmiş, daha sonra Prezident olduğu dövrdə onun tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir.
20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Çünki hadisə zamanı insanlar məhv edilib, məcburi yoxa çıxarılıb, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilib, işgəncə, qəsdən güclü iztirablara səbəbolma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlərə yol verilib.
Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilib. Eyni zamanda, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir. Bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.
Hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini həmin qanlı hadisələrə yönəltmək məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.
20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, xüsusilə də o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur. Azərbaycan Respublikası 20 Yanvar faciəsi ilə əlaqədar reallıqları, qətliamı törədənlərin cəzalandırılmasının zəruriliyini dünya ictimaiyyətinin diqqətinə təqdim edir.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, o cümlədən qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımızın hüquqlarının pozulması faktı beynəlxalq birliyin nəzərinə çatdırılır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapmalı, zəbt olunmuş Azərbaycan torpaqları qeyd-şərtsiz azad olunmalı, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması təmin edilməlidir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə edilib.
Biz beynəlxalq qurumları və bütövlükdə dünya ictimaiyyətini insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan, bütövlükdə beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırırıq".
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-01-2020, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-01-2020, 15:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01