Qadın siyasətçilər məişət zorakılığının “qurbanı oldu” - Fotolar
talyan rəssam Aleksandro Palombo məişət zorakılığına qarşı maraqlı aksiya təşkil edib. BBC News” im məlumatına görə, o, məşhur qadın siyasətçiləri zorakılığa məruz qalmış formada çəkib və həmin plakatları Milan şəhərinin küçələrində asıb.
Rəssamın istəyi ilə Almaniya Kansleri Angela Merkel, ABŞ-ın birinci xanımı Mişel Obama, dövlət katibi Hillari Klinton, Fransanın birinci xanımı Brijit Makron və digərləri məişət zorakılığının “qurbanları olublar”.
Bütün posterlərin yuxarı hissəsində “Sadəcə ona görə ki, qadınam”, aşağı hissəsində isə “Mən məişət zorakılığının qurbanıyam. Mənə az pul verirlər. Mən cinsiyyət orqanlarımdan əməliyyat keçirmişəm. Mənim istədiyim kimi geyinmək haqqım yoxdur. Mən kimə ərə gedəcəyimlə bağlı qərar qəbul edə bilmirəm. Mən zorakılığa məruz qalmışam” cümlələri yer alıb.
Palombonun bu aksiyası birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun bu işini doğru adlandırsa da, digərləri tənqid edib. “Siz zorakılığa məruz qalmış real qadınların üzlərindən istifadə edə bilərdiniz”, - rəssamın İnstaqram izləyicilərindən biri yazıb.
“Bu, mənim hakimiyyətdə olan qadınlara birləşmək və hərəkət etməklərinə dair çağırışımdır”, - deyə Palombo tənqidlərə cavab verib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-01-2020, 21:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-01-2020, 21:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57