reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: - “Lazım olar”...

reklam

Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: - “Lazım olar”...


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd, yazar Kəramət Böyükçol seçicilərlə görüş zamanı seçicisi ona pul verib.
“Yeni Sabah” xəbər veruir ki, bu barədə məlumatı K.Böyükçöl özü yayıb.

“Əminəm ki, heç bir namizəd seçkiyə mənim kimi ancaq yolpulu ilə qoşulmayıb. Prosesdə çəkilən xərclərin hamısı kasıb dostlarımın maddi köməyi hesabınadır. Sağ olsunlar. Allah haqqı, Beyləqanda məni tanıyan, çıxışlarımı izləyən, yazılarımı oxuyan gənc bir müəllim seçici məni kənara çəkib cibimə 100 manat qoydu. Pulu cibimdən çıxarıb üzünə baxdım. Donub qaldım. Təsəvvür edin, seçici namizədə pul verir ki, işlərində lazım olar. Azərbaycanda!Allah haqqı, hələ də şokdayam. Biznesmenlər də rəqib namizədə 100 min verir ki, get 10 manatdan camaata payla, səs yığ. Deputatlıq uğrunda mübarizə aparan namizədlər arasında fərqə baxın da, biri camaata pul paylayır, o birinə də seçicisi pul verir”.


Paylaş:


Müəllif : Tarix:
21-01-2020, 09:18
Sikayət   


loading...
Загрузка...