reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 23 yanvar

reklam

Bürclər- 23 yanvar


Qoç - İş baxımından o qədər də uğurlu gün deyil. Çox şeyi riskə atmalı və alın təri ilə işləməli olacaqsınız. Nəticə isə çox cüzi olacaq. Bununla belə, bürcün bəzi nümayəndələri rəqibləri üzərində qələbə qazana biləcəklər. Amma bunun üçün çox şeyi qurban vermək lazım gələcək. Maliyyə itkiləri, rəhbərliklə münaqişələr, karyera yüksəlişinə əngəl olan hadisələr mümkündür.

Buğa - Vəziyyətdə əhəmiyyətli dəyişiklik gözlənilmir. Bu günü uğurlu hesab etmək olar. Amma sizdə zəiflik müşahidə olunacaq və diqqəti mənfi təsirlərdən qorunmağa yönəltməlisiniz. Döyüş və qələbərə, arxa cəbhəni möhkəmləndirməyə köklənən Buğalar üçün bu, o qədər də əyləncəli deyil. Lakin ulduzlar məhz bununla məşğul olmağı tövsiyə edirlər.

Əkizlər - Sizin bəzi hərəkətləriniz tənqidlə qarşılanacaq. Amma bunu ürəyinizə salmağa dəyməz. Nə qədər ki öz prinsiplərinizə sadiqsiniz, ümumi məzəmmət təhlükəsi yoxdur. Yaxınlarınızla münasibətlərdə aydınlıq, şəffaflıq və səlislik çox vacibdir: yarımçıq sözlərdən və ikimənalılıqdan uzaq olun.

Xərçəng - Yaxınlarınızla fikir ayrılıqlarını günün birinci yarısında yoluna qoymağa çalışın. Axşam yaxınlaşdıqca sülhü bərqərar etmək çətin olacaq. Unutmayın ki, bu gün şəxsi sahədə ən vacib şey diqqətdir: diqqətin azlığını hədiyyə və pulla kompensasiya etməyə çalışmayın.

Şir - Uğursuz, gərgin və çətin gündür. Hətta, bir-birinin yaxşılığını istəyən adamlar arasında da fikir ayrılıqları yaranacaq. Zamanın sınağa çəkdiyi müttəfiqlər arasında münaqişələr mümkündür. Bu gün problemli münasibətlər üçün möhkəmlik sınağı olacaq - kiminsə tələsik addımı nəticəsində bir çox əlaqələr kəsiləcək.

Qız - Bu gün əvvəlkindən bir qədər yaxşıdır. Amma onu da parlaq və aydın adlandırmaq olmaz. Emosional fon sabit deyil, əhval-ruhiyyəniz saatbasaat dəyişəcək. Amma niyə sevindiyinizi və ya niyə kədərləndiyinizi bəzən heç özünüz də anlaya bilməyəcəksiniz. Günün ortası ünsiyyət üçün daha çətin vaxtdır: bu vaxt həm özünüzlə yola gedə biləməyəcəksiniz, həm də ətrafdakılarla küsülülüklər olacaq.

Tərəzi - Yeni layihələrə başlamaq üçün pis gün deyil. Onlar barədə nə qədər tez düşünsəniz, o qədər yaxşıdır. Nüfuzlu adamlarla fiikr ayrılıqları mümkündür. Amma sonunda razılığa gəlmək mümkün olacaq. Üstəlik, sizin haqlı olduğunuz hamı tərəfindən etiraf ediləcək.

Əqrəb - Əlverişli gündür. Hadisələr sadə prinsipdən asılıdır: nə qədər çox enerji və həvəs olsa, qələbələr bir o qədər böyük olacaq. Əqrəblər nəinki məhsuldar işləyəcəklər, həm də başqalarını şücaətə ruhlandıra biləcəklər.

Oxatan - Sizin gününüzdür. Faktiki olaraq, temp və tonu siz verəcəksiniz. Ətrafdakılara isə buna uyğunlaşmaq qalır. Bu gün istənilən vəziyyətdə düzgün qərarlar qəbul etmək qabiliyyətinizə ehtiyac var. Bundan həm iş danışıqlarında, həm də şəxsi görüşlərdə istifadə etmək lazımdır.

Oğlaq - Günün birinci yarısından ən çətin işlərin həlli üçün istifadə edin. Məhz bu vaxt diqqəti cəmləşdirmək, prioritetləri düzgün müəyyənləşdirmək, lazımsız şeylərin kənara atmaq daha asan olacaq. Maraqlı təkliflər mümkündür. Günün ikinci yarısında isə böyük ehtiyatlılıq nümayiş etdirmək, yalnız xırda cari işlərlə məşğul olmaq lazımdır. Çünki səhv buraxmaq ehtimalı çox yüksək olacaq.

Dolça - Yüksək işgüzar aktivliyinizlə fəxr edə bilməzsiniz. Bu isə o deməkdir ki, işlərdə durğunluq tamamilə mümkündür. Maraqlı imkanları əldən buraxmaq, tənbəllik üzündən cəlbedici təklifləri rədd etmək təhlükəsi var. Digər məsələ - yardım vəd edən adamlardan həddindən çox şey gözləməyin və onlar ümidlərinizi doğrultmasalar inciməyin. Bu cür yanaşma bir çox xoşagəlməzliklərdən qaçmağa imkan verəcək.
 
Balıqlar - Birmənalı gün deyil. Sizə elə gəlir ki, hər şey çox da pis getmir. Amma yenicə rahatlayırsınız ki, yer ayağanızın altından naməlum istiqamətdə qaçır. Öz problemlərinin həllini başqalarına etibar etməyə öyrəşənlər üçün daha çətin olacaq. Çünki bu gün sualların lazımi cavabını tapma və çətinlikləri aşmaq yalnız müstəqil şəkildə mümkündür.


Paylaş:


Müəllif : Tarix:
23-01-2020, 00:06
Sikayət   


loading...
Загрузка...