Bu şəxslər Azərbaycandan çıxa bilməzlər - SƏBƏB
Hər gün Daxili İşlər Nazirliyinin kriminal statistikasında rast gəldiyimiz məlumatlardan biri də axtarışda olan və borclu şəxslərin saxlanılmasıdır. Amma həmin şəxslərin nəyə görə axtarışda olması barədə dəqiq məlumatlar verilmir.
Keçmiş polis rəisi Mahmud Hacıyev Lent.az -a bildirib ki, yalnız barəsində cinayət işi açılan şəxslər axtarışa verilə bilər:
“Ancaq haqqında cinayət işi açılan insanlar axtarışa verilir. Əgər kimsə istintaq zamanı qaçıbsa müstəntiq, məhkəmə prosesi zamanı qaçıbsa, məhkəmə qərar verərək həmin şəxsi axtarışa verə bilər. Axtarılanlar əsasən, hansısa cinayətdə şübhəli bilinən, yaxud itkin düşən şəxslər olurlar. Cinayət işi açılmasa və ya itkin düşmə faktı olmasa axtarış elanı verilə bilməz. Axtarışla bağlı şəxsin qeydiyyatda olduğu ərazi üzrə polis idarəsi və məhkəmə orqanı cavabdehdir”.
Borclu şəxslərə də cinayət işi açıldığını deyən M.Hacıyev, onların borcu ödədikdən sonra sərbəst buraxıldığını bildirib:
“Borclu qismində axtarışlar da cinayət işi açılmadan başlaya bilməz. Məsələn, Vergilər Nazirliyində də istintaq şöbəsi var ki, vergilərdən yayınan şəxslər barəsində cinayət işi qaldırırlar. Yalnız bundan sonra vergidən yayınan şəxslərin axtarışına başlanıla bilər. Bu, digər orqanlara da aiddir. Banklar, marketlər, mağazalar və digər borcu qaytarmayan şəxslər barəsində polisə məlumat verdikdən və şəxsin barəsində cinayət işi açıldıqdan sonra axtarışlara start verilə bilər. Bundan əlavə, borca görə ölkədən çıxışına qadağa qoyulan şəxslər də sərhəd keçid məntəqələrində saxlanılır. Borca görə saxlanılan şəxslər müvafiq orqana təhvil verilir, borcu ödənildikdən sonra sərbəst buraxılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-01-2020, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-01-2020, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54