“26 il idi ki, onun qəbrini axtarırdıq” - Şəhidin qardaşı
“Qardaşımın məzarını 26 ildən sonra internetdə yayılan şəkillərin əsasında tapdıq”.
Bunu Azvision.az -a İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Vəliəddin Sehrab oğlu İbrahimovun qardaşı Sürəddin İbrahimov deyib.
Onun sözlərinə görə, şəhid Vəliəddin İbrahimov ailəli olub: “Biz ailədə 5 qardaş, bir bacı olmuşuq. Əslən Yevlax rayonunun Aran qəsəbəsindənik. Qardaşım Vəliəddin 1971-ci ildə anadan olub. Ali təhsili yox idi, orta məktəbi bitirmişdi. Müharibəyə gedəndə evli idi, bir qızı anadan olmuşdu .1993-cü ilin dekabrında 702 saylı briqdanın tərkibində döyüşə yollandı. Füzulinin Şükürbəyli kəndində vuruşurdular. 1994-cü ilin yanvar ayında onun ölüm xəbəri gəldi. 26 il idi ki, onun meyitini, qəbrini axtarırdıq. Ancaq tapa bilmirdik. Məsciddə qardaşımın cənazəsini yuyan zaman onun üzünün şəklini çəkmişdilər. Bu şəkil son günlər internetə yayılmışdı. Biz həmin şəkili görən kimi Vəliəddini tanıdıq. İmişli rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, onlardan kömək istədik. DNK analizi edildi, qardaşımız olduğu təsdiqini tapdı”.
Xatırladaq ki, bir neçə gün əvvəl İmişli rayonunda yerləşən “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib. Onun Vəliəddin Sehrab oğlu İbrahimov olduğu müəyyən edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-01-2020, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-01-2020, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57