reklam
Regionxeberlericom.az » Cəmiyyət » 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində NONSENS - Namizədliyin ləğvi üçün imza toplanılır

reklam

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində NONSENS - Namizədliyin ləğvi üçün imza toplanılır


101 saylı Göygöl-Daşkəsən seçki dairəsində özbaşınalıqlar seriyası davam edir. Bu barədə DİA.AZ-a məlumat verən Göygöl sakinləri bildirir ki, yerli icra hakimiyyəinin nümayəndələri indidən seçkilərə müdaxiləyə başlayıblar. Sakinlər dia.az-a bildirir: "Bu dairədən Habil Məmmədov adlı biri var. İcra başçısı az qala onun təbliğatçısı kimi çıxış edir. Təkcə rəqib namizədlər hədələnmir, hətta seçicilər də hədələnir.

Qeyd edək mi, Habil Məmmədov Özbəkistan Respublikasında yaşayan azərbaycan diasporasının fəxri sədri, Dünya azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, iş adamı kimi tanınan Mobil Məmmədovun kiçik qardaşıdır. Onu da bildirək ki, Mobil Məmmədovun adı da yetərincə qaranlıq işlərdə hallanmaqdadır.

DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, yerli sakinlər indi də Habil Məmmədovun namizədliyinin ləğvi üçün imza toplayırlar. Müracitə müəllifləri bildirir: "Onun namizədliyinin qeydə alınması üçün əgər 450 imza toplanıbsa, biz 4500 imza toplayıb, onun namizədliyinin ləğvi üçün Prezidentə müraciət edəcəyik. Biz də istəyirik ki, deputatımızı özümüz seçək, təyinat olmasın".

İdia olunanlar abğalı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
23-01-2020, 15:56
Sikayət   


loading...
Загрузка...